Toyota şirkəti gedişatı zamanı 15 konseptual elektromobili nümayiş etdirdiyi genişmiqyaslı təqdimat mərasimini keçirib. Bu konseptlərin seriya variantları 2030-cu ilə qədər bazar debütü etməlidirlər. O zamana qədər yapon markasının model xəttində bütün kütləvi seqmentləri təmsil edən otuza yaxın elektromobil olmaslıdır. Toyota konsernində o cümlədən, “yaşıl” krossoverlərin, ofrouderlərin, pikaplarin, superkarlarin və yeni başlayan sürücülər üçün ulyrayığcam şəhər avtomobillərinin üzərində işləyirlər.
Hal-hazırda Toyota markasının model cərgəsində yalnız bir seriya elektromobili var – bZ4X krossoveri. Şirkətin mütəxəssisləri “yaşıl” modellər xəttini ramalı üç cərgəli ofrouder, CH-R modelinin üslubunda yığcam krossoverlər, habelə təqdimat zamanı maketi nümayiş etdirilmiş elektrik sedanı da daxil olmaqla, bir neçə sedanla genişləndirməyi planlaşdırırlar.
Toyota həmçinin Tundra pikapının batareyalı analoqunu buraxmağa və əfsanəvi FJ Cruiser ofrouderini elektrikləşdirilmiş variantda yenidən canlandırmağa hazırlaşırlar. Bundan başqa, yapon markası bir neçə “yaşıl” superkarı da hazırlamaq niyyətindədir. Üstəlik, bayraqdar model Lexus markası altında buraxılacaqdır. Yaradıcılarının bildirdiyinə görə, seriya modeli 100 km/saat həddini iki saniyəyə toplayacaq və dolu batareya ilə 700 kilometr qət edəcəkdir.
Yapon markasının elektrokarlarının peyda olacağı seqmentlərdən biri də ultrayığcam citi-karlar seqmentidir. Lakin bu miniatür avtomobillər çox güman ki, yalnız Yaponiyada satılacaqdırlar.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.