Toyota Motor şirkəti Böyük Britaniyadakı iki və Fransadakı bir zavodunu müvəqqəti olaraq bağlayıb. Səbəb, keçən həftə Birləşmiş Krallıqda aşkar edilmiş koronavirus infeksiyasının yeni şatmmıdır. Bu barədə Yaponiyanın NHK nəşri xəbər verir.
Yeni COVID-19 növünün yayılması üzündən tətbiq edilən qadağalar logistika ilə problemlərin yaşanmasına səbəb olub. Söhbət əsasən, La Manş kanalının altındakı tuneldən qatarların və avtomobillərin hərəkətinin dayandırılmasından gedir - tunel vasitəsilə zavodlara komponentlər gətirildi.
Böyük Briytaniyadakı zavodlarda 2019-cu ildən bəri Toyota Corolla, 2020-ci ildən başlayaraq isə Suzuki Swace modelləri, həmçinin mühərriklər yığılır. Fransadakı zavodun konveyerindən isə, Yaris hetçbek və onun Cross versiyası çıxır.
14 sentyabr tarixində Britaniyanın Səhiyyə Nazirliyinin rəhbəri Mətt Hənkok yeni koronavirus ştammının aşkarlandığı barədə bəyanat verib. Britaniya həkimlərinin bildirdiyinə görə, koronavirusun yeni variantı 70% daha çox yoluxucudur.
Toyota bu il Avropadakı zavodlarını ilk dəfədir ki bağlamır. Mart ayında koronavirusun ilk dalğası zamanı, yapon şirkəti Avropa, Britaniya və Türkiyədəki zavodlarının fəaliyyətini dayandırmışdı. O zaman, Volvo, BMW, Rolls-Royce, Ferrari, Lamborghini, Opel, Peugeot, Citroen və DS, FCA, Renault, Ford, Volkswagen və digər markalar da zavodlarını bağlamışdılar.