Adı açıqlanmayan mənbə yapon korporasiyasına yandan zərbələr zamanı passiv təhlükəsizlik testlərinin düzgün aparılmadığı barədə məlumat verib. Daxili tədqiqat insayderin haqlı olduğunu təsdiqləyib: məlum olub ki, ucuz qiymətli Toyota, Daihatsu və Perodua modelləri ön qapıların modifikasiya edilmiş daxili örtükləri ilə qəza testindən keçiblər. Halbuki, seriya avtomobillərində zədə üçün təhlükəli olan qapı kartları quraşdırılır.

Toyota Motor korporasiyasının İdarə Heyətinin sədri Akio Toyoda artıq dünyadakı bütün alıcılardan üzr istəyib. O, törəmə Daihatsu (Asiya bazarları üçün Toyota büdcə modellərindən məsuldur) müəssisəsinin hərəkətini “tamamilə qəbuledilməz və müştərilərin etibarına xəyanət” adlandırıb. Korporasiyanın məlumatına görə, Tailand, Malayziya, Meksika və Körfəz ölkələri üçün buraxılmış 88 min avtomobil risk altındadır.

Daxili araşdırma nəticəsində Toyota Yaris ATIV, Toyota Agya və onların “klonlarında” qapı kartlarının qəza sınağından əvvəl dəyişdirildiyi məlum olub ki, bu da yan təhlükəsizlik yastıqları işə düşən zaman, örtüyün iti kənarlarının manekenə zərər verməməsi üçün edilib. İndi isə, yapon istehsalçısı büdcə modellərini lazımi hissələrlə yenidən sınaqdan keçirməli, həmçinin artıq satılan avtomobillərin qapı kartlarını dəyişdirməli olacaq. Risk qrupundan olan avtomobillərin çatdırılmaları da dayandırılıb.

Daihatsu törəmə şirkəti ilk dəfə deyil ki, ana konsernini pis vəziyyətə salır. Keçən il Hino firması daxili bazarda “dizelgeytə” səbəb olmuşdu: kommersiya avtomobilləri bölünməsinin demək olar ki, iyirmi il ərzində dizel mühərriklərinin tullantıları səviyyəsi barədə məlumatları saxtalaşdırdığı ortaya çıxıb.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.