Toyota şirkəti e-TNGA modul platformasına əsaslanan ikinci elektromobilini təqdim etməyə hazırlaşır. Birinci elektrokar Yaponiyada istehsal olunan və artıq dünyanın bir çox ölkələrində satılan Toyota bZ4X krossoveridir. Onun ardınca isə, Toyota bZ3 adlandırılmış sedan debüt etməlidir.
Yeni Toyota elektrik sedanın satışı debütü edəcək ilk bazar, çox güman ki, Çin olacaqdır. Bunu, yeni elektrokarın şəkil və xarakteristikalarının məhz Çinin sertifikatlaşdırma orqanın bazasında dərc edilməsi də təsdiqləyir.v
Əvvəllər elektrik sedanının bZ5 adı ilə buraxılacağı proqnozlaşdırılırdı, lakin nəticədə sedan ranqlar cədvəlində bir pillə aşağıda qərarlaşıb. Toyota bZ3 modeli indiki Corolla sedanından daha böyükdür: onun uzunluğu 4725 millimetr (+ 95 millimetr), eni - 1835 millimetr (+ 55 millimetr), hündürlüyü isə, 1475 millimetrdir (+ 40 millimetr).
Təkər bazası baxımından isə, elektromobil hətta Camry modelini belə üstələyir: 2825 millimetrə qarşı 2880 millimetr. Sertifikatda sedan üçün 16 və ya 18 düymlük təkər disklərinin təklif olunacağı bildirilib.
Ancaq daha maraqlı olan bZ3 modelinin texniki hissədir. Sedan Toyota platformasına əsaslanır, lakin onu elektrik mühərrikləri və litium-dəmir-fosfat dartma batareyaları ilə Çinin BYD şirkəti təmin edəcəkdir! Sedan arxa ötürməli olacaqdır.
Hələlik isə, Toyota bZ3 sedanı 184 və ya 245 at qüvvəsi hasil edən mühərrik ilə təchiz edilmiş iki versiyada sertifikatlaşdırılıb. Batareyaların tutumu da açıqlanmayıb, lakin elektrokarın boş çəkisi məlumdur: müvafiq olaraq 1710 və 1835 kiloqram. Toyota bZ3 sedanının maksimal sürət 160 km/saat ilə məhdudlaşdırılıb.
Çində bZ3 modelinin istehsalı ilə Toyota konserninin digər tərəfdaşı - FAW konserni məşğul olacaqdır. İlkin məlumata görə, yeni elektromobil bu ilin sonuna qədər FAW Toyota birgə müəssisəsinin konveyerində peyda olmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.