Deyəsən, Toyota bZ4X elektrik krossoveri bu dünyaya bəxtsiz-yığvalsız gəlib: onun satışlarının başlanmasından cəmi iki ay sonra, elektromobilin təkərlərinin hərəkət zamanı çıxa biləcəyi məlum olmuşdu. Bu səbəbdən də şirkət genişmiqyaslı geriçagırma kampaniyasını keçirmək məcburiyyətində qalmışdı.

İndi isə, bZ4X modelinin dolu batareya ilə bəyan edildiyindən xeyli az məsafə qət etdiyi aşkar edilib. Bunu Danimarkanın FDM nəşri tərəfindən keçirmiş sınaqlar də təsdiqləyib - elektromobil vəd edilən 461 kilometrin yarısını belə qət etməyib.

Testlərdə Toyota bZ4X elektrik iki versiyası iştirak edib. Birinci, yeganə mühərriki olan krossover pasport üzrə 504 kilometr, ikinci, ikimühərrikli krossover isə, 461 kilometr gət etməlidir. Mütəxəssislər elektromobilləri işləyən qızdırıcı ilə, 110 km/saat sürətilə müntəzəm hərəkətdə, havanın +4 dərəcə Selsi temperaturunda sınaqdan keçiriblər.

Bu rejimdə bZ4X modellərindən biri elan edilmiş 504 əvəzinə 246 kilometr, ikincisi isə 461 əvəzinə 215 kilometr məsafə qət edib. Jurnalistlər bu nəticələri "məyusedici" adlandırıb və şərh üçün yerli Toyota ofisinə müraciət ediblər.

Şirkətdən bu məsələnin araşdırılacağını bildiriblər - ekspertiza ilə həm Brüsseldəki Avropa nümayəndəliyi, həm də Tokyodakı baş ofis məşğul olacaqdır. Hələlik Toyota şirkəti öz rəyini açıqlamayıb.

FDM nəşri isə, öz növbəsində, Toyota bZ4X modelinin ilk norveçli sahiblərinin artıq bu barədə yerli ofisə şikayət etdiklərini müəyyən edib. İş orasındadır ki, digər Skandinaviya nəşrləri tərəfindən aparılmış sınaqlarda da eyni nəticələr əldə edilib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.