Yığcam Toyota C-HR krossoveri eyni zamanda iki təkmilləşdirmələr dəstini əldə etmişdir. Bunlardan birini Toyota şirkətinin idman bölümü olan TRD, digərini isə, yapon istehsalçısına məxsus olan Modelista tüninq atelyesi hazırlamışdır.
TRD bölməsi krossover üçün «aqressiv» (Agressive Style) və «ekstremal» (Extreme Style) dəstini hazırlamışdır. Birinci dəst daha idman görünüşü ilə seçilir ki, onun tərkibinə iri splitter, digər arxa bamper, 18-düymlük disklər və baqaj bölümünün qapağındakı spoyler daxildir.
Bundan başqa, C-HR üçün digər ön oturacaqları sifariş etmək olar. Extreme Style dəsti də təxmini olaraq eyni təkmilləşdirmələr çeşidini təklif edir. Lakin, bu dəstə təkər tağlarının qara rəngə boyanmış əlavələri, ön bamperdə quraşdırılan metala bənzər əlavələr və iri palçıqdan müdafiə rezinləri daxildir.
Modelista atelyesi də iki tüninq dəstini hazırlamışdır. Boost İmpuls Style və Elegant İce Style adlı tüninq dəstləri iri təkər disklərinin və perimetr üzrə yeni kuzov elementlərinin quraşdırlmasını təklif edir. İlk dəst baqaj bölümünün üzərində quraşdırılmış iki spoylerin, xüsusi üslublu radiator barmaqlığının və ön qanadlarda yerləşdirilmiş «havalandırma girişlərinin» mövcudluğunu nəzərdə tutur. Elegant İce Style dəsti isə xromla örtülmüş qapı dəstəklərini və güzgülərin korpusundakı əlavələri təklif edir.