West Coast Customs atelyesi yarış üslubunda görkəmə malik olan Toyota Camry sedanını hazırlamaq niyyətindədir. Toyota model xəttində Toyota Racing Development zavod yarış bölməsinin iştirakı ilə yaradılmış modifikasiyalar var, lakin bu kifayət deyilsə, müstəqil tüninq atelyelərinin xidmətlərindən istifadə edə bilərlər. "Pimp My Ride" televiziya şousu ilə tanınan West Coast Customs atelyesi Toyota Camry sedanını NASCAR yarış avtomobilinə bənzətməyi təklif edir.

Layihənin ideyası atelyenin yaradıcısı Rayan Fridlinqhausa məxsusdur. O, Toyota Owners 400 yarışını ziyarət etdikdən sonra belə bir layihəyə imza atmaq qərarına gəlib. NASCAR Cup Series yarışlarından təsirlənən West Coast Customs atelyesinin rəhbəri, Camry sedanını onun yarış versiyasına yaxınlaşdıracaq kuzov dəstini yaratmağa qərar verib.

Detallar dəstinə işnkişaf etdirilmiş ön splitter, iri yan ətəklər, böyük arxa diffuzor, baqajın qapağındakı spoyler, həmçinin kuzovun yan tərəflərinə çıxarılmış buraxılış sisteminin boruları, mərkəzi kilidi olan yeni disklər və NASCAR üslubunda Goodyear şinləri daxildir.

West Coast Customs tərəfindən hazırlanmış ilk Toyota Camry TRD modeli iyulun sonunda, ideyanın yarandığı Virciniya trekində keçiriləcək Federated Auto Parts 400 yarışında nümayiş etdiriləcəkdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.