Toyota şirkəti Camry modelinin S-Edition adlı versiyasını təqdim edib. Yapon istehsalçısı yeni modifikasiyanı «bənzərsiz idman dizaynına malik olan avtomobil» kimi səciyyələndirir. Əslində, sadə dekoru buraxmaqla, Toyota tüninq atelyelərinin çörəyini onların əlindən almağa cəhd edir.
Toyota Camry S-Edition modifikasiyası Elegance Safety «orta» təchizat səviyyəsinə və 181 at qüvvəli 2,5-litrlik mühərrikə malik olan sedanın bazasında hazırlanıb. Modelin təchizatına bütün oturacaqların və sükanın qızdırılması, arxa görüntü kamerasına malik olan mediasistem və elektron yardımçılar kompleksi daxildir.
S-Edition modifikasiyası bamperlərdəki qırmızı işləmələr və 18-düymlük orijinal təkər diskləri ilə seçilir. Kuzovu qara və yaxud ikirəngli variantda - ağ-qara rəngə boyamaq olar.
Salonda qırmızı işləmələri olan qara dəri ilə örtülmüş oturacaqlara, qırmızı tikişlərə malik olan ön panel, qapı xəritələrini və mərkəzi dirsəkaltını görmək olar.
Bundan başqa, Camry S-Edition qaçırılmaya qarşı T-Mark identifikatoru ilə təchiz edilir. T-Mark identifikatoru avtomobilin müxtəlif hissələrinə vurulan 1 mm diametrində olan naxışlardır. Bu naxışlar 60 dəfə böyüdüldükdə gözəgörünən olur. Mikronöqtələrdə avtomobilin VIN-kodu ilə bağlı olan unikal PIN-kod şifrələnmişdir. T-Mark identifikatorunun avtomobilin «təmizliyini» yoxlamağı asanlaşdırır və onu cinayətkarlar üçün maraqsız edir.
Toyota Camry S-Edition modifikasiyası yalnız Rusiya bazarı üçün nəzərdə tutulub. Əminəm ki, belə bir modifikasiya Azərbaycanda təklif edilsə, yerli Camry həvəskarları arasında çox populyar olar.