Sugar Chow adlı virtual rəssam müsir Toyota Camry universalının necə görünə biləcəyi barədə öz baxışını nümayiş etdirib. Bunun üçün onun damını bir qədər “uzadılıb” və tədricən yüksələn pəncərə xəttini əlavə ediblər. Belə dəyişikliklər avtomobilin görünüşünü daha cəlbedici və iti edib.

Virtual aləmdə sugardesign_1 kimi məşhur olan Sugar Chow nümayiş etdirdiyi universalı təsadüfən Toyota Camry Gita adlandırmayıb. Gita indeksinə Yaponiya bazarında satılan sıralı altısilindrli 2JZ-GE mühərriki ilə təchiz edilmiş Altezza universalları malik idilər. Bizim oxucularımıza belə avtomobillər Lexus IS SportCross adı ilə tanışdırlar, lakin Toyota universalına daha çox Gita indeksi uyğun gəlir.

Image alt Image alt Image alt Image alt Image alt

Qeyd etmək lazımdır ki, Camry modelinin tarixində universallar olub. Bunlara misal kimi, Avstraliyada satılan V20 nəslindən olan Camry Spirit (1986-1992) və XV20 kuzovunda olan Camry Gracia (1996-2002) modellərini göstərmək mümkündür.

Lakin 2017-ci ildən buraxılan cari model yalnız sedan kuzovunda buraxılır. Toyota şirkətinin Yaponiyada satdığı universallara gəlincə isə, hazırda yaponlar Corolla Touring və Corolla Fielder modellərini əldə edə bilərlər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.