Toyota şirkəti Yaponiya bazarında satılan Camry sedanının yenilənmiş versiyasını və Land Cruiser Prado ofrouderinin Matte Black Edition adlı yeni xüsusi versiyasını təqdim edib.

Toyota Camry sedanına gəldikdə, təkmilləşdirmələri növbəti model ilinə keçidlə müqayisə etmək olar. Yeni model ilində sedanı oxra rəngində salon və kuzovun parlaq qırmızı Emotional Red III rəngi ilə sifariş etmək olar. Bundan başqa, yenilənmiş sedan Type A portlarının əvəzinə müasir Type-C portlarını əldə edib. 

Image alt Image alt Image alt Image alt

Xatırladaq ki, Toyota Camry vətənində yalnız hibrid güc qurğusu ilə təklif edilir, bununla belə, yerli alıcılar ön və tam ötürmə arasında seçim etmək imkanına malikdirlər. Yaponiyada Camry modelinin qiymətləri 26 500 dollardan başlayır.

Eyni zamanda, bu yenilikləri Camry modelinin əkizi olan Daihatsu Altis sedanı da alıb. Altis yalnız Yaponiyada satılır və əsasən korporativ müştərilər tərəfindən alınır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

İkinci yenilik Toyota Land Cruiser Prado modelinin Matte Black Edition adlı xüsusi versiyasıdır. Bu seriyadan olan ofrouderlər qara tutqun rəngə boyanmış eksteryer tərtibatı ilə seçilirlər: bunlar, radiator barmaqlığı, 18-düymlük təkər diskləri, fənərlərin daxili hissəsi, yan güzgülərin gözdələri, damdakı reylinqlər, baqaj qapısındakı örtmə və digər elementlərdir.

Məlum məsələdir ki, texniki cəhətdən heç bir dəyişiklik yoxdur. Hələlik Matte Black Edition versiyası yalnız Yaponiyada təklif edilir və 33 000 dollardan başlayan qiymətlər ilə satılır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.