Toyota şirkəti bu ilin mart ayında keçirilmiş Cenevrə avtosalonunda yeni yığcam C-HR krossoverini nümayiş etdurmişdir. Yapon istehsalçısı krossoverin eksteryerini nümayiş etdirsə də, onun interyerini göstərməmişdi. Bu gün Toyota yeni krossover haqqında ətraflı məlumat verərək onun interyerinin təsvirlərini dərc etmişdir. Toyota şirkətindən bildirildiyinə görə, avtomobilin interyerinin dizaynı üzərində işlər Toyotanın Avropada yerləşən ED2 Design Centre studiyasının mütəxəssisləri çalışmışdırlar.

Təsvirlərdən də göründüyü kimi, yeni avtomobilin interyeri sadə və funksional dizayna malikdir. Asimmetrik tərzdə tərtib edilmiş ön panelin mərkəzi konsolu bir qədər sürücüyə tərəf çevrilmişdir ki, du da sürücüyə rahatlıqla idarəetmə orqanlarından istifadə etmək imkanı yaradacaqdır. İnteryerin ən maraqlı elementlərindən biri dəTouch 2 multimedia sisteminin 8-düymlük sensorlu ekranı da daxil olmaqla, ön panel boyunca davam edən mavi rəngli haşiyədir.

Yapon istehsalçısının bildirdiyinə görə, Avropa bazarında satılacaq Toyota CH-R modeli interyerin tərtibatının bir neçə variantı ilə təklif ediləcəkdir. Bunlar Dark Gray, Black&Blu və Black&Brown variantlarıdır.

Təchizatından aslı olaraq avtomobil açarsız giriş sistemi, otturacaqların qızdırılması, tündləşdirilmiş şüşələrlə, oturacaqların tam və ya qismən dəri  ilə örtülməsini, 18-düymlük təkər diskləri, Toyota S-IPA system (Simple Intelligent Park Assist) sistemini, JBL premium səs sistemini və Toyota Safety Sense təhlükəsizlik sistemləri dəsti ilə təklif ediləcəkdir. Sonuncu dəstin tərkibinə zolarlara və yol nişanlarına nəzarət sistemi, avtomatik uzaq işıqlar, adaptive kruiz-kontrol, və piyadaları aşkarlayaraq qəzaları önləyən system daxil edilmişdir.

Toyota CH-R krossoverinin qabarit uzunluğu 4360 millimetr, eni – 1795 millimetr, hündürlüyü isə 1555 millimetrdir. Avtomobilin təkər bazası 2640 millimetr təşkil edir. Baqaj bölümünün həcmi 370 litr təşkil edir.

Toyota CH-R modeli standart olaraq 1,2 litrlik 115 at qüvvəsi gücü və 185 Nm fırlanma anı olan mühərriklə təklif ediləcəkdir. Güc aqreqatı altı pilləli mexaniki sürətlər qutusu və ya təklimməşdirilmiş variatorla komplektləşdirəcəkdir. Sonuncu halda avtomobil həm öndən, həm də tam ötürməli çəkiş sistemi ilə təchiz edilə bilər.

İstehsalçının iddiasına görə, avtomobilin yanacaq sərfiyyatı 100 kilometrə 5,7 litr təşkil edir. Bundan əlavə, müəyyən bazarlarda avtomobil 2,0-litrlik mühərrik və CVT qutusu ilə təklif ediləcəkdir.

Toyota CH-R Hybrid modeli isə, tərkibinə 1,8-litrlik benzin mühərriki daxil olan, 122 at qüvvəli hibrid güc aqreqatı ilə təchiz edilir. Toyota mütəxəssislərinin sözlərinə görə, yeni texnologiyaların tətbiqi  mühərrikin faydalı iş əmsalının 40 faiz artmasına və zərərli tullantıların azalmasına gətirib çıxarmışdır. Hibrid avtomobil 100 kilometrə 3,7 litr yanacaq sərf edəcəkdir.

 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt