Toyota elektrikləşdirməyə çox gec başlayıb və ilk kütləvi istehsal olunan elektromobilini yalnız 2021-ci ildə təqdim edib. Nu, Toyota bZ4X krossoveri idi. O, dünyanın bir çox ölkəsində satılsa da, hələlik heç bir ciddi uğur qazana bilməyib. Bu uğursuzluq, digər qlobal markalar və yeli istehsalçılar arasındakı güclü rəqabətin olduğu Çində özünü daha aydın biruzə verir.

Səma İmperatorluğunda Toyota bZ4X modelinin istehsalına 2022-ci ilin payızında və eyni anda iki zavodda - FAW və GAC şirkətləri ilə birlikdə başlanılıb. Qiymətləri aşağı salmaq üçün hətta 50,3 kilovatt/saatlıq baza batareyası ilə təchiz edilmiş versiya da hazırlanıb, “adi” batareyanın tutumu isə, 66,7 kilovatt/saata endirilib. Xatırladaq ki, bZ4X bütün dünyada 71,4 kilovatt/saatlıq (ABŞ-da tamötürməli versiyada - 72,8 kilovatt/saat) batareya ilə təklif olunur.

2022-ci ilin payızında, Çindəki satışların başlanğıcında, minimal qiyməti 199 800 yuana (27 800 dollar) endirmək mümkün olub. Müqayisə üçün: ABŞ-da Toyota bZ4X modelinin baza versiyasının qiyməti 43.200 dollar, Yaponiyada isə 47.900 dollar təşkil edir. Lakin bu da rəqabətli Çin bazarında uğur qazanmaq üçün kifayət deyil.

Buna görə də, artıq bu ilin fevralında yaponlar qiyməti 169 800 yuana (24 800 dollar) endiriblər. Satışlar bir qədər artıb, lakin hələ də uğurdan danışmaq üçün kifayət deyil: cari ilin birinci rübündə 5144 Toyota elektromobili (bZ3 sedanları daxil olmaqla) satılıb. Bu dövrdə satılan elektrokarların ümumi sayı 891 min ədəd təşkil edib.

Artıq Toyota şirkəti bZ4X modelinin Çindəki satış strategiyasını yenidən nəzərdən keçirib. FAW-Toyota birgə müəssisəsi bu krossoverdən imtina edib və GAC-Toyota zavodu Toyota Bozhi 4X adlı yenilənmiş versiyanı buraxıb. Yaponlar Çində sevilən subbrendlər yaratmaq strategiyasından yaralanmaq qərarına gəliblər: Bozhi ailəsi xüsusi olaraq elektromobillər üçün yaradılıb, 4X isə bu ailənin ilkidir.

Krossover yenilənmiş multimedia sistemini alıb və hazırda o, Apple CarPlay, Baidu CarLife+ və Huawei HiCar protokollarını dəstəkləyir. Həmçinin tamötürməli variantları üçün X-Mode “ofroud” hərəkət rejimləri dəsti elan edilib. 

Image alt Image alt Image alt Image alt Image alt

Baza ağ rəngi seçildikdə, top krossoverin xarakterik plastik elementlərini kuzov rənginə boyamaq təklif olunur. Baza təchizatına səkkiz təhlükəsizlik yastığı, Toyota Safety Sense elektron köməkçilər dəsti və T-Pilot aktiv kruiz-kontrolu daxildir. Toyota həmçinin ilkin 50 kilovatt/saatlıq dartma batareyasından imtina edib.

Amma əsas olan qiymətlərdir: onlar indi 66,7 kilovatt/saatlıq batareya ilə təchiz edilmiş ön ötürməli versiya üçün 179 800 yuandan (25 300 dollar) başlayır. Tam ötürməli Bozhi 4X modelinin qiyməti 238 800 yuan (33 600 dollar) təşkil edir. Toyota bZ4X modelinin Çindən kənardakı alıcıları belə qiymətləri ancaq xəyal edə bilərlər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.