Toyota şirkətininTailandda fəaliyyət göstərən bölməsi Corolla (yerli bazarda Altis) modelinin Nurburgring Edition adlanan xüsusi versiyasını hazırlayıb. Xüsusi seriya, Corolla modelinin məşhur alman yarış trekində əldə etdiyi qələbələrə həsr olunub. İş orasındadır ki, 2021-ci ildə zavod Toyota Gazoo Racing Team Thailand komandası bu trekdə keçirilən “Nürburqrinqin 24 saatı” marafonunda qələbələr əldə edib.

Nurburgring Edition seriyasından olan Corolla/Altis modelləri adi modeldən aerodinamik kuzov dəsti, salon tərtibatı və yenidən tənizmlənmiş şassisi ilə seçilir. Aerodinamik dəstin tərkibinə başqa dizaynı olan bamperlər, yan “ətəklər” və baqaj qapağının üzərindəki spoyler daxildir. Avtomobil xüsusi seriyaya məxsus olmasını məşhur trekin təsvir olunduğu “Nurburgring Edition” loqotiləri göstərir. Bundan başqa, idarəetməyə müsbət təsir göstən daha sərt yaylar quraşdırılır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bütün bu dəyişikliklərə baxmayaraq, avtomobilin mühərriki standart olaraq qalıb – 1,8-litrlik mühərrik 138 at qüvvəsi təklif edir. Bu aqreqatın əsasında yaradılan hibrid güc qurğusu da əlçatandır.

Altis Nurburgring Edition dəstinin qiyməti 42 min batdır (2.100 manat), lakin aksessuarlar dəstini şərti olaraq pulsuz da əldə etmək olar. Bunun üçün 31 bata (1.500 manat) satılan Toyota Care firma sığortasını və beşillik (və ya 150 min kilometrlik) zəmanəti almaq tələb olunur. Adi Corolla modelinə gəldikdə isə, model Tailandda 839 min batdan (42 min manat) satılır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.