Bütün dünyada populyar olan Toyota Corolla modeli bu il 50 illik yubileyini qeyd edəcəkdir. Əlamətdar yubileyi qeyd etmək məqsədi ilə, Toyota şirkəti Şimali Amerika bazarı üçün nəzərdə tutulmuş modelin xüsusi 50th Anniversary Edition modifikasiyasını təqdim etmişdir. Bilindiyi kimi, dünən yapon istehsalçısı Corolla modelinin Avropa bazarı üçün nəzərdə tutulan yenilənmiş variantının şəkillərini dərc etmişdi. Bu gün isə yaponlar, Amerikada satılan avtomobilin yenilənmişi variantını təqdim etmişdirlər. Xatırladaq ki, Avropa üçün nəzərdə tutulmuş avtomobil LED gündüz işıqları olan yeni ön fənərləri, qabaq bamperi, radiator barmaqlığını, axra fənərləri və xrom elementləri əldə etmişdir.
Bundan başqa yenilənmiş avtomobilin təchizatına 16 və 17 düymlük təkər diskləri, həmçinin Toyota Safety Sense təhlükəsizlik sistemləri dəsti də əlavə edilmişdir.
Eyni dəyişikliklər Amerika bazarı üçün nəzərdə tutulmuş sedan ilə də baş vermişdir. Lakin, «avropalı» Corolla ilə müqayisədə «amerikalı» sedan daha zəngin baza təchizatına malik olacaqdır. Avtomobilin avadanlıq siyahısına tamamən işıq diodlarından hazırlanmış ön fənərlər, uzaq işığın avtomatik olaraq yaxın işığa keçilirməsi sistemi, adaptiv kruiz-kontrol, zolaqlara nəzarət və piyadanı aşkar edərək toqquşmanı önləyən sistemlər olan Toyota Safety Sense-P dəsti də daxil edilmişdir. Bundan əlavə, yenilənmiş sedan Bluetooth funksiyalı Entune audio sistemi və arxa görüntü kamersı ilə təchiz edilir.
50 illik yubileyə həsr edilmiş avtomobil 17-düymlük təkər diskləri, xüsusi loqotiplərlə və bir neçə yeni rəng çaları ilə adi sedanlardan seçiləcəkdir. Yubiley modifikasiyasının təchizatına tünd qırmızı aksentlərlə bəzədilmiş dəri interyer, açarsız giriş sistemi, 4,2-düymlük rəngli displeyi olan cihazlar paneli, 7,0-düymlük sensor displeyi olan multinedia sistemi, Entune premium səs sistemi əlavə edilmişdir.