Toyota şirkəti yeni Corolla sedanının növbəti tizerini dərc edib. Tizerdə yeni modelin ön tərəfinin bir hissəsi əks olunubdur.Tizerdə avtomobilin radiator barmaqlığı, bamperi və ön fənəri aydın şəkildə görünür. Gözlənildiyi kimi sedan universal və hetçbeklə eyni dizayna malikdir: ön fənərlər və radiator barmaqlığı eyni olsa da, duman əleyhinə fənərlərin forması fərqlənir.
Yeni sedan 16 noyabr tarixində Quançjouda işinə başlayacaq avtosalonda təqdim ediləcəkdir. Sedanın eksteryer dizaynı eyni adlı hetçbekə bənzər olacaqdır. Corolla sedanının mühərrik çeşidinə atmosfer və hibrid güc aqreqatları daxil olacaqdır.
Toyota Corolla sedanı yapon şirkətinin TNGA (Toyota New Global Architecture) modul platformasında inşa edilibdir. Bu paltformadan Camry və Prius modellərinin istehsalında da istifadə olunur. Şayiələrə görə, satış bazarından asılı olaraq, sedan 1,8 və 2,0-litrlik mühərriklər və onların bazasında yardılmış hibrid güc qurğuları, həmçinin Direct Shift-CVT transmissiyası ilə tandemdə çalışan Dynamic Force Engine ailəsindən olan 2,0-litrlik dörd silindrli mühərrik ilə təklif ediləcəkdir.