Bu modelin seriyaöncəsi versiyası hələ may ayında təqdim edilmişdi, lakin istehsala hazırlaşmaq daha altı ay çəkib. İndi isə, Toyota Crown Sport Yaponiya bazarına daxil olur və onun haqqında bütün təfərrüatlar məlumdur. Crown Crossover sedanından sonra seriyaya gedən beşqapılı, Çində ayrıca brend kimi tanınan və transformasiya edilmiş Crown ailəsinin ikinci modelidir.
Toyota şirkəti Crown Sport modelini bu ailənin digər üzvlərinə nisbətən daha çox sürücüyə ünvanlanmış model kimi mövqeləndirir. Toyota özü avtomobili SUV kimi təsnif edir, lakin belə Crown heç də krossoverə bənzəmir. Onu hündürləşdirilmiş hetçbek də adlandırmaq olmaz: Sport indeklsi modelin hündürlüyü 1560 millimetr, klirensi isə 160 millimetrdir. Standart təkər diskləri 19 düymlükdürlər.
Crown Sport modelinin uzunluğu 4710 millimetr, eni isə 1880 millimetrdir. Müqayisə üçün: bu krossover eyni TNGA-K platformasını bölüşdüyü RAV4 modelindən 115 millimetr uzundur. Onun təkər bazası da RAV4 ilə müqayisədə 80 millimetr uzundur: 2690-ə qarşı 2770 millimetr. İnteryer qeyri-adi kuzov profili ilə müqayisədə bir qədər ziddiyyət təşkil edir: ön paneldə, sükan çarxında və mərkəzi tuneldə çoxlu fiziki düymələr var. 12,3-düymlük ekranı cihazlar paneli nəhəng günəşliklə örtülüb, multimedia sisteminin displeyi də eyni ölçüyə malikdir.
Satışların başlanğıcında Crown Sport yalnız bir hibrid modifikasiyada təklif olunacaq. Hibrid qurğunun tərkibinə 2,5-litrlik (186 at qüvvəsi, 221 Nm) dördsilindrli atmosfer mühərriki və iki elektrik mühərriki (hər oxda biri) daxildir. Öndəki (120 at qüvvəsi, 202 Nm) mühərrik elektromexaniki variatora quraşdırılıb və daxili yanma mühərriki ilə birlikdə işləyə bilər, arxadakı (54 at qüvvəsi, 121 Nm) isə müstəqildir. Hibrid sistemin maksimal gücü 234 at qüvvəsidir.
Dekabrda ikinci modifikasiya təqdim olunacaq – bu, eyni atmosfer mühərrikinə, lakin daha güclü elektrik mühərriklərinə və tutumu artırılmış dartma batareyasına malik olan təkrar doldurulan hibriddir. İstənilən halda, Crown Sport qabaqda McPherson asqısı, arxada isə çoxqollu asqısı, eninə yerləşən mühərriki olan platformaya malikdir. Tam idarələnən şassisi isə, qeyri-adi idarələnmə xarakteri vəd edir.
Yaponiyada yeniliyə artıq sifarişlər qəbul edilir. Yaponlara təchizatına sürücüyə yardım sistemlərinin tam çeşidi (adaptiv kruiz-kontrol, zolaq saxlama sistemi, təcili əyləc sistemi və s.), proyeksiya displeyi və havalandırılan ön oturacaqları daxil olan yeganə modifikasiya təklif edilir. Belə modelin qiyməti 5 milyon 900 min yendir (67.340 manat).
Ayda 69,550 yendən (795 manat) başlayan tarifləri olan abunə xidməti də təklif olunur. Daxili bazarda Toyota hər il cəmi 8400 ədəd Crown Sport modelini satmağı planlaşdırır. Avtomobilin ixrac perspektivləri açıqlanmayıb. Tezliklə Crown ailəsində daha iki model peyda olacaq - böyük universal və klassik sedan.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.