Bu günlərdə casuslar Tailandda sınaqdan keçirilən maraqlı prototiplərə rast gəliblər. Bu prototiplərin Toyota Corolla modelinin bazasında inşa edilmiş yeni krossoverə aid olduğu söylənilir. Casuslar kamuflyajla örtülmüş "qatırın" şəkillərini çəkməyə və gələcək krossover haqqında ətraflı məlumat almağa müvəffəq oldular.
"Autocar India" portalının bildirdiyinə görə, model zavoddaxili 740B kod adına malikdir və Corolla Cross adı ilə satışa çıxacaqdır. Toyota Corolla Cross yapon markasının model xəttində, bir müddət bundan öncə təqdim edilmiş Yaris Cross və RAV4 modellərinin arasında yer alacaqdır. Yayılan şəkildən avtomobilin dizaynı barədə nəticə çıxarmaq qeyri-mümkündür, çünki şəkildə test qatırı görüntülənib: gələcək modelin komponentləri və qurğuları kuzovu müəyyən qədər dəyişdirilmiş RAV4 modelidə quraşdırılıb.
Yeni krossover Toyota C-HR modelinin əsasını təşkil edən TNGA-C modul platformasının variantlarından birinə əsaslanır. Xatırladaq ki, RAV4 modelinin istehsalında isə, TNGA-K platformasından istifadə olunur.
Məlum məsələdir ki, Toyota Corolla Cross mühərrik çeşidini Corolla modeli ilə bölüşəcəkdir. Bu çeşidə 139 at qüvvəli 1,8-litrlik və 169 at qüvvəli 2,0-litrlik atmosfer mühərrikləri daxil edilə bilər. Birinci mühərriki yalnız variator, ikincini isə, altı pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edəcəkdirlər.
İlkin məlumatlara görə, yeni krossover 2021-ci ildə debüt ediləcək və Hindistan, Tailand və Braziliya bazarlarında satılacaqdır.