Bir çox digər istehsalçılarından fərqli olaraq, Toyota özünün model xəttini tamamilə elektrikləşrimək və daxili yanma mühərriklərindən imtina etmək niyyətində deyil. Şirkət daxili yanma mühərriklərinin gələcəyinə inandığını, lakin müxtəlif regionlarda qüvvəyə minəcək yeni qaydalara və qadağalara əməl etməli olacağını da bildirib.Buna görə də, Toyota mühərrikləri hidrogen yanacağına keçirməyi planlaşdırır. Bu barədə “Autocar” nəşrinə müsahibə verən Toyota Gazoo Racing meneceri Masahito Vatanabe bildirib.

Toyota FT-se Concept

Son Tokio avtosalonunda Toyota markasının gələcək elektrik idman avtomobillərinin carçısı olan  FT-Se konsept nümayiş etdirilib. Bununla belə, Gazoo Racing tamamilə "batareyalı" bölmə olmaq niyyətində deyil: Toyota əvvəlki kimi, hidrogen aqreqatı da daxil olmaqla, müxtəlif güc aqreqatlarına investisiya qoymağın məqsədəuyğunluğuna inanır.

Toyota Mirai

Vatanabe yapon şirkətinin həm elektrik, həm də porşenli mühərriklər əsaslanan hidrogen güc qurğusunun yaradılmasında böyük təcrübəyə malik olduğunu da qeyd edib. Məsələn, 2021-ci ildə Gazoo Racing GR Yaris və GR Corolla modellərinin “turboüçlüklərini” hidrogenə keçirib. 2022-ci ildə isə, Toyota Yamaha ilə əməkdaşlıq edərək, Lexus RC F kupesindən tanış olan 5,0-litrlik V8 mühərrikinin hidrogen versiyasını hazırlayıb.

Toyota Hilux HFC

Eyni zamanda, top menecer mövcud infrastrukturun hidrogen avtomobillərinin kommersiya uğuru üçün kifayət qədər inkişaf etmədiyini bildirib. Toyota nümayəndəsinin fikrincə, məhz bu, Mirai sedanının bazardakı uğursuzluğunun əsas səbəbidir: yollarda onun üçün çox az sayda yanacaqdoldurma məntəqəsi mövcuddur. Bununla belə, Vatanabe hidrogen avtomobillərinin sonda öz yerini tapacağından əmindir.

Toyota Hilux HFC

Toyota mühəndisləri hidrogenlə fəal şəkildə təcrübə aparmağa davam edirlər. Sentyabr ayında Böyük Britaniyada yanacaq elementli Hilux pikapının prototipi nümayiş etdirilib. Protoip ilin sonuna qədər yol sınaqlarına göndərilməlidir. Hidrogen güc qurğusu hətta Land Cruiser ofrouderində də quraşdırıla bilər. Lakin onun elektrik,  yoxsa hidrogenlə işləyən daxiliyanma mühərriki olacağı hələlik məlum deyil.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.