Amerikan Forbes dərgisinin tərtib etdiyi reytinqə əsasən, Toyota markası avtomobil istehsalçılarının arasında dünyanın ən bahalı brendi adına layiq görülmüşdur. İl ərzində Toyota şirkətinin dəyəri 11 faiz artaraq 42,1 milyard dollar təşkil edilmişdir. Bununla belə, «100 ən bahalı dünya brendləri» nominasiyasında yapon istehsalçı ancaq altınıcı yeri tutmuşdur. Ümumilikdə bu reytinqə on iki avtomobil istehsalçısı daxil edilmişdir. Yapon brendindən sonra ikinci yeri Bavariya şirkəti olan BMW şirkəti yüksəlmişdir. Ümumi reytinqdə bavariyalılar on dördüncü sətrdə qərarlaşmışdırlar. İl ərzində alman brendinin dəyəri 28,8 milyard ABŞ dollarına qədər artım göstərmişdir.
Üçüncü yerə, BMW şirkətinin ən böyük rəqiblərindən olan Mercedes-Benz şirkəti sahib olmuşdur. Ümumi reytinqdə iyirminci yerə sahib olan Ştutqart nümayəndəsinin dəyəri 26 milyard dollar təşkil etmişdir. Bü üçlüyü digər yapon istehsalçısı olan Honda şirkəti təqib etmişdir. Ümumi reytinqdə 23 yeri tutan yapon brendi öz dəyərini 8 faiz artıraraq 25 milyarda çatdırmaöa müəssər olmuşdur. Honda markasından sonrakı beşinci yerə 14,1 milyard dəyəri olan Ford brendi yüksəlmişdir. Amerikan brendi digər bir populyar alman brendi olan Audi markasını (14 milyard) üstələyə bilmişdir.
İl ərzində ən qeyri-qənaətbəxş dinamikanı Volkswagen şirkəti göstərmişdir ki, başı dizel qalmaqalı ilə dərddə olan alman markasının dəyəri 5 faiz azalaraq 7,9 milyarda düşmüşdür. Ümumi reytinqdə birinci yer Apple, ikinci yeri - Google, üçüncü yeri isə Microsoft brendləri tutmuşdirlar.