Toyota Tundra pikapının modifikasiya çeşidində yenilik ola bilər: yapon istehsalçısı Ford F-150 Raptor modelinə rəqib hazırlamaq niyyətindədir. Bu barədə şirkət daxilindəki mənbələrinə istinadən The Drive nəşri xəbər verib. Nəşrin əldə etdiyi məlumata görə, ekstremal Tundra pikapı SEMA sərgisi üçün inşa edilmiş TRD Desert Chase prototipinə bənzər olacaqdır.

Keçən ilin noyabr ayında keçirilmiş SEMA sərgisi üçün inşa edilmiş Toyota Tundra Desert Chase prototipi zahiri cəhətdən geniş kuzov dəsti, təhlükəsizlik karkası, habelə öndə və damda quraşdırılmış əlavə işıq texnikası ilə seçilirdi. 18-düymlük döymə təkər diskləri 37-düymlük General Grabbers şinləri ilə təchiz edilmişdi. Daha iki şin kuzovda yerləşdirilmişdi. Bundan başqa, ekstremal pikap uzungedişli asqı və gərəkli ofroud ləvazimatı ilə (domkrat, karbon qazı doldurulmuş balon, habelə su və yanacaq konteynerləri)  təchiz edilmişdi.

Image alt Image alt Image alt Image alt Image alt

Şou-karı i-Force Max hibrid güc qurğusu ilə təchiz edilmiş Tundra TRD Pro versiyasının əsasında inşa etmişdilər. Hibrid qurğunun tərkibinə 3,5-litrlik V6 biturbomühərriki, mühərrik və 10-pilləli avtomatik ötürmələr qutusunun arasında yerləşdirilmiş elektrik mühərriki daxildir. Hibrid qurğunun ümumi hasilatə 443 at qüvvəsi və 790 Nm təşkil edir. Çox güman ki, ekstremal versiyanın güc aqreqatı bir qədər güclü olacaqdır, çünki onun əsas rəqibi olan Ford F-150 Raptor modeli 456 at qüvvəli 3,5-litrlik V6 HO EcoBoost mühərriki ilə təchiz edilir.

Ekstremal Tunra pikapının debütü səhrada keçiriləcək və pikapın öz potensialını nümayiş etdirəcək yarış zamanı baş tuta bilər. Belə məlumat insayderlər tərəfindən səsləndirilsə də, Toyota bu məlumatı rəsmi olaraq təsdiqləmyib.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.