Toyota şirkəti FJ Cruiser ofroderi ilə vidalaşmaq üçün xüsusi seriya hazırlayıb. Final Edition adını almış seriyadan olan avtomobillər ancaq Yaponiyada satılacaqdır.
Xüsusi seriya digər ofroderlərdən açıq qəhvəyi rəngli kuzovu, həmçinin eyni rəngdə tərtib edilmiş interyeri ilə seçilir. Bundan başqa, Toyota FJ Cruiser Final Edition 20-düymlük təkər diskləri ilə də təchiz edilib. Toyota FJ Cruiser Final Edition ofroderləri 276 at qüvvəsi və 380 Nm fırlanma anı hasil edən 4,0-litrlik səkkiz silindrli benzin mühərriki ilə hərəkətə gəlir. Güc areqatı beş diapazonlu avtomatik ötürmələr qutusu və tam ötürməli çəkiş sistemi ilə birlikdə çalışır.
Bu FJ Cruiser modelinin ilk vida variantı deyil. 2013-cü ildə yapon istehsalçısı ABŞ bazarında sonuncu olan Trial Teams Ultimate Edition modifikasiyasını təqdim etmişdi. Bu ilin aprel ayında Toyota FT-4X konseptini göstərmişdi. Prototip FJ Cruiser modelinin xələfinin dizaynı barədə təsəvvür yaratmaq üçün hazırlanıb. Toyota FJ Cruiser Final Edition modelinin satışlarına oktyabr ayının ortalarında başlayacaqdır. Modelin qiyməti 3492720 yendən başlayır. Vida seriyasının tirajı açıqlanmayıb.