Toyota Gazoo Racing bölməsinin belə sportkarı buraxcağı barədə məlumat iki ildir ki, dolaşmaqda idi. Keçən payızda yapon istehsalçısı tizer kampaniyasına başlayaraq, bu şayiələrin həqiqət olduğunu təsdiq etmişdi. Dünən “bərkgedən” hetçbekin şəkilləri İnternet şəbəkəsinə sızdırılıb, bu gün isə, Gazoo Racing GR Corolla modelini rəsmi olaraq təqdim edib.

Toyota GR Corolla Core

Beləliklə, qarşılayın - Toyota GR Corolla. Gözlənildiyi kimi, ABŞ bazarına ünvanlanmış tamötürməli “bərkgedən” hetçbekin texniki cəhətdən Yaponiya və Avropada satılan GR Yaris modelinin böyük qardaşı olduğu müəyyən edilib. “Acıqlı” Yariş modeli kimi, “bərkgedən” Corolla modeli də ralli yarışlarında əldə edilən təcrübədən istifadə edilərək hazırlanıb və GR Yaris modeli iləı birlikdə Motomatidəki zavodda buraxılacaqdır. Hər iki model çoxsaylı ümumi detallara malikdirlər.

Toyota GR Corolla Core

Dünyada ən güclü “turboüçlük” sayılan 1,6-litrlik G16E-GTS mühərrikinin gücü 272-dən 300 at qüvvəsinə qədər artırılıb. Maksimal güc 6500 dövr/dəqiqədə əldə olunur. Maksimal fırlanma anı isə dəyişməyib - 3000-dən 5500 dövr/dəqiqədə əlçatan olan 370 Nm.

Toyota GR Corolla Circuit Edition

Mühəndislər 6-pilləli iMT mexaniki qutusunu və GR-Four tam ötürmə sistemini də GR Corolla modelinə köçürüblər. Tam ötürmə sistemi dartma qüvvəsinin üç paylanması rejiminə malikdir: gündəlik istimar üçün 60:40, qıvrılan yollarda idaretmədən həzz almaq üçün 30:70 və nəhayət trekdə sürətli hərəkət etmək üçün 50:50. Opsional olaraq, hər iki oxda mexaniki özükilidlənən differensiallar təklif ediləcəkdir. Toyota GR Coroilla modelinin dinamik xüsusiyyətləri hələlik açıqlanmayıb.

Toyota GR Corolla Circuit Edition

GR Yaris modelində olduğu kimi, GR Corolla da daha sərt kuzova malikdir: bunun üçün qaynaq nöqtələrinin və yapışqanlı birləşmələrin sayı artırılıb. “Bərkgedən” hetçbek öndə McPherson dayaqlarını, arxada isə ikiqollu asqını əldə edib ki, bu da istehjsalçının bildirdiyinə görə, tam ötürmə sistemi ilə birlikdə maksimal maner qabiliyyətini və stabilliyi təmin edir. Eyni zamanda, mühəndislər yüngül materiallardan istifadə edərək avtomobilin çəkisini azaltmağa çalışıblar: məsələn, kapot və ön qapının panelləri alüminiumdan hazırlanıblar.

Toyota GR Corolla modeli vizual olaraq orijinal bamperləri, genişləndirilmiş qanadları (ön qanadklar havalandırma ilə), damdakı syler, buraxılış sisteminin üç çıxış borusu, 235/40 R18 ölçülü Michelin Pilot Sport 4 şinləri taxılmış 18-düymlük dskləri ilə seçilir. Modelin Core adlanan standart versiyası bu il satışa çıxarılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

2023-cü ildə Toyota şirkəti məhdud saylı GR Corolla Circuit Edition seriyasını buraxacaqdır. Circuit Edition versiyası havalandırılan kapota, karbon dama, seçilən rəngi olan iri arxa spoylerə, qırmızı supportlara, zamşa ilə üzlənmiş idman oturacaqlarına sahib olacaqdır. Core versiyası üçün opsional avadanlıq olan differensialların kilidlənməsi və premium səs sistemi Circuit Edition versiyasında standart təchizatı kimi quraşdırılacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.