Subaru BRZ və Toyota GR 86 kupeləri peşəkar yarışlara yol açan xüsusi Cup Car Basic versiyasını əldə ediblər. Kupelərin gələcək sahiblər, o cümlədən, Toyota Gazoo Racing GR 86/BRZ Cup monoseriyasında iştirak edə biləcəklər.

Dəyişikliklərin əksəriyyəti trekdə təhlükəsizliyin və etibarlılığın artırılmasına yönəlib. Bunun üçün, üfüqi qövsləri olan çərçivə quraşdırılır, sürücü oturacağı isə, altınöqtəli təhlükəsizlik kəmərləri ilə təchiz edilir. Daha yaxşı soyutmanı təmin etmək üçün daha bir yağ radiatoru əlavə olunur. BRZ və GR 86 modelləri poladdan hazırlanmış sadə disklər ilə çatdırılırlar: istənilən halda, onların yeni sahiblər diskləri başqaları ilə əvəzləyirlər.

Cup Car Basic seriyasından olan kupelərin güc aqreqatı Yaponiyada satılan yol versiyasındakı mühərrikdən heç nə ilə fərqlənmir. Kupelərin kapotunun altında 235 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edən 2.4-litrlik dördsilindrli oppozit mühərriki yerləşir. Güc aqreqati 6-pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışır.

Subaru şirkəti BRZ Cup Car Basic modelini hər il 30 nüsxəlik tirajla istehsal etmək niyyətindədir, Toyota isə, hələlik GR 86 Cup Car Basic modelinin tirajını açıqlamayıb. Qiymətlər artıq məlumdur: BRZ 3,338,500 yenə (49.120 manat), GR 86 isə 3,334,000 yenə (49.060 manat) satılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Toyota Gazoo Racing GR 86/BRZ Cup monoseriyasının cari mövsümü beş yarıdan ibarətdir. İlk yarış 16 iyul tarixində Fuji Speedway avtodromunda, qalanları isə Sportsland Sugo, Tokachi Speedway, Suzuka Circuit və Okayama International Circuit treklərində keçiriləcəkdirlər. Yarışlar iki kateqoriyada keçirilir: Professional (peşəkarlar) və Clubman (həvəskarlar).

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.