Toyota şirkətinin marketinq üzrə direktoru Mayk Tripp yapon istehsalçısının GR Corolla modelini eksklüziv hala gətirmək barədə qərar qəbul etdiyini bildirib. İstehsalçı “bərkgedən” hetçbekin buraxılış həcmini məhdudlaşdıraraq süni qıtlıq yaratmaq fikrindədir.

Bundan başqa, bir müddət bundan öncə debüt etmiş hot-hetçin xüsusi versiyalarının hazırlanması da nəzərdə tutulub. Belə versiyalar avtomobilin unikallığını bir daha qeyd etməldir. Bənzər üsuldan superkar istehsalçıları da yararlanırlar: məqsəd superkarları əksəriyyət üçün əlçatmaz etməkdir.

Mayk Tripp həmçinin Toyota şirkətinin 2023-cü ildə altı min ədəd GR Corolla hetçbekini buraxacağını bildirib. Gələcəkdə Toyota istehsal həcmini artıra da bilər. Hətta bu halda belə hot-hetçin illik tirajı səkkiz mini keçməyəcəkdir. Modelə eksklüzivlik qazandırmaq üçün, xüsusi versiyalarının buraxılması da nəzərdə tutulur. Məlum məsələdir ki, belə versiyaların tirajı daha çox məhdudlaşdırılacaqdır.

İlk belə avtomobil Circuit Edition təribatlı GR Corolla hetçbeki olacaqdır. Təkmilləşdirilmiş hetçbek kuzovun karbonplastikdən detalları və zəngin təchizatı ilə seçiləcəkdir. Debüt seriyasından olan hetçbekin tirajlı 1250 nüsxə ilə məhdudlaşdırılıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.