Toyota şirkəti Avropada GR Supra GT4 yarış avtomobilinə sifarişləri qəbul etməyə başlayıb. Avtomobilin satışlarına 2020-ci ilin yazında başlanacaqdır. Şimali Amerikada model avqust ayında, Asiyada isə oktyabr ayında satışa çıxarılacaqdır.
Toyota Supra GT4 isə, daha mükəmməl təhlükəsizlik karkasına, özüqapanan təkərlərarası differensiala, gücləndirilmiş yarımoxlara və tərkibli diskləri olan yarış Brembo əyləc mexanizmlərinə sahibdir. Yarış kupesi üçün ön diffuzoru və inkişaf etdirilmiş ön splitteri olan aerodinamik dayağa malikdir. Arxada isə tənzimlənən antiqanad quraşdırılıb. Kupe həmçinin təhlükəsiz yanacaq çəni və yeyin yanacaqdoldurma sistemi ilə təchiz edilib.
Avtomobilin kuzovu, asqı sistemi və əsas aqreqatları isə standart olaraq saxlanılıb, çünki GT4 sinfinin tələbləri belədir. Əlbəttə ki, yaylar və amortizatorlar xüsusi olaraq yarışlar üçün hazırlanıblar. Mühərrik ikiaxınlı turbokompressoru və yarış idarəetmə bloku olan sıralı altı silindrli BMW B58 mühərrikidir. 435 at qüvvəsi və 650 Nm fırlanma anı hasil edən güc aqreqatı yeddi pilləli ötürmələr qutusu ilə tandemdə çalışır. Yüngül materialların geniş tətbiqi 164 kq çəkiyə qənaət etməyə imkan verib.
GR Supra GT4 modelinin təchizatına təhlükəsizlik karkası, əlavə yarış dəsti, Alrapoviç buraxılış sistemi, yüksək sürtünməli differensial, Brembo əyləc mexanizmləri, qalınlığıa artırılmış stabilizatorlar, KW amortizatorları, 18-düymlük OZ təkər diskləri, Pirelli slikləri və genişləndirilmiş yanacaq çəni daxildir. Toyota GR Supra GT modelinin Avropadakı satış qiyməti 175 min avrodur.