Toyota GR Supra modelinin ilk nüsxəsini 48-ci illik Barret-Jackson hərracında 2,1 milyon dollara satıblar. Bu avtomobilin baza qiymətindən (49990 dollar) 42 dəfə çoxdur. Toyota şirkəti əldə edilmiş vəsait I Amerikan kardeoloqlar assosiasiyasına və 11 sentyabr teraktlarından zərər çəkənlərə yardım göstərən Bob Vudraff xeyriyyə fonduna köçürəcəkdir.
Global #1 tərtibatına malik olan model VIN-nəmrəsi 20201 (model ili və avtomobilin seriya nömrəsini göstərən) rəqəmi ilə bitən yeganə sportkardır. Global #1 modeli, Toyota Supra sportkarının amerikan bazarı üçün xüsusi olaraq 1500 nüsxədə hazırlanmış Launch Edition modifikasiyasının bazasında inşa edilib. Toyota GR Supra Global #1 Launch Edition modelindən kuzovun Phantom Matte tutuqun boz rəngi ilə fərqlənir. Qırmızı rəngli güzgü gövdələri, tutqun qara rəngli disklər, qırmızı salon və karbonplastikdən hazırlanmış dekorativ elementlər Launch Edition versiyasının bir hissəsidir.
Hərracın qalibi avtomobildən başqa, xüsusi sifarişlə hazırlanmış peşəkar yarış kombinezonuna və Toyota Owners 400 yarışına iki bilet əldə edəcəkdir. Qalib həmçinin peys-karın sükanı idarə etmək və NASCAR pilotu Maykl Uoltriplə trekdə bir neçə dövrə vurmaq şansına da malik olacaqdır.
Detroyt avtosalonunda debüt etmiş yeni nəsil GR Supra modeli BMW Z4 modeli ilə eyni platformada inşa edilib. Sportkar 340 at qüvvəsi hasil edən 3,0-litrlik altı silindrli turbomühərriki və sükanaltı dəstəklər vasitəsi ilə pillələri dəyişmək imkanına malik olan səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir.