Toyota və Subaru şirkətləri GR86 və BRZ modellərinin 10 illik yubileyinin şərəfinə hazırladıqları xüsusi seriyanı buraxcaqlarını elan ediblər. GR86 və BRZ modelləri eyni platformada inşa ediliblər, eyni qurğu və avadanlıqları bölüşürlər, odur ki, xüsusi versiyalar bir-birinə çox bənzəyirlər.

Eyni zamanda, 10th Anniversary Limited yubiley versiyasında olan Subaru BRZ modeli eyni seriyadan olan Toyota GR86 modelindən daha ucuzdur: 3 388 000 yenə (42 000 manat) qarşı 3 469 000 yen (43 000 manat).

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Toyota GR86 10th Anniversary Limited yubiley versiyası adi GR86 kupesindən xüsusi kuzov rəngi - Flame Orange narıncı metallik rəngi, avtomobilin yubileyə seriyasına aid olduğunu göstərən salondakı stiker və loqoları, habelə interyerdəki kuzov rəngindəki aksentləri ilə fərqlənir

Subaru BRZ 10th Anniversary Limited kupesi isə, öz növbəsində, tutqun qara rəngli 18-düymlük təkər diskləri və qara emblemləri ilə seçilir. Yubiley versiyası WR Blue Pearl göy rənginə boyanır, onun salonunda isə, göy tərtibat elementləri var. Toyota GR86 kupesində olduğu kimi, 10th Anniversary Limited stikerləri sayəsində xüsusi nəşri tanımaq mümkündür.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Toyota GR86 10th Anniversary Limited modelinin qiyməti altı pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilmiş modifikasiya üçün 3 469 000 yen (43 000 manat), altı pilləli “avtomat” ilə təchiz olunmuş variant üçün isə, 3 632 000 yen (45 000 manat) təşkil edir. 

Subaru BRZ 10th Anniversary Limited kupesinin mexaniki transmissiyalı versiyası 3 388 000 yenə (42 000 manat), avtomatik transmissiyalı versiyası isə 3 553 000 yenə (44 000 manat) satılır. Cari nəsil Toyota GR 86 və Subaru BRZ kupeləri artıq iki ildir ki, satışdadırlar. Hər iki sportkar 228 at qüvvəli 2,4-litrlik oppozit mühərriki ilə təchiz olunur.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.