Toyota Highlander krossoverinin Şimali Amerika bazarı üçün nəzərdə tutulmuş versiyası 2024 model ilinə qədəm qoyub. Yeni model ilinə keçidlə birlikdə krossover baza təchizatını itirib və nəticədə onun başlanğıc qiyməti 2,7 min dollar bahalaşıb - indi qiymətlər 39,1 min dollardan başlayır. Opsiyaların sayı da artıb, yeni kuzov rəngləri və ən azı 41,7 min dollara başa gələcək qara dekoru ilə seçilən Nightshade versiyası peyda olub.
Nightshade versiyasının görünüşü krossoverin 2024-cü il üçün nəzərdə tutulmuş modifikasiya çeşidindəki ən nəzərəçarpan yenilənmədir. “Qara” Highlander standart krossoverdən qara emblemləri, tündləşdirilmiş optikası, 18-düymlük qara təkər diskləri və yan güzgülərin qara rəngli korpusları ilə fərqlənir. İnteryer tərtibatı da tünd çalarlardadır, digər tərtibat səviyyələrində boz işləmələr də mövcuddur. Digər yeniliklərlə yanaşı, model elektrik ötürməsi olan baqaj qapağı da var – artıq qapağı əlsiz açmaq olar.
ABŞ-da krossover iki versiyada əlçatandır: 269 at qüvvəli 2,4-litrlik “turbodördlük” və 2,5-litrlik atmosfer mühərrikinə əsaslanan 246 at qüvvəli hibrid güc qurğusu ilə. Ötürmə ön oxa və ya tam ola bilər. Sadə versiyalarda arxa oxda muftası olan tam ötürmə sistemi quraşdırılır, daha bahalı versiyalarda isə, arxa təkərləri qoşmaq üçün fərdi muftalara malik olan Dynamic Torque Vectoring AWD tam ötürmə sistemi var.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.