“Autocar India” nəşrinin məlumatına görə, yapon brendi Hilux EV pikapını gələn ilin sonunda Hindistan bazarına çıxarmağa söz verib. Gələn həftə seriyaöncəsi elektrik pikaplarının bir partiyası sınaqlar üçün Taylanda gələcək - onlar Pattayada turist nəqliyyatı kimi sınaqdan keçiriləcəklər.
Toyota yeniliyin texniki xarakteristikalarını hələ də açıqlamayıb, lakin hind jurnalistləri Hilux EV pikapının iki elektrik mühərriki ilə təchiz ediləcəyindən əmindirlər, çünki, artıq baza versiyasında elektromobil tam ötürməli olacaq.
Toyota Hilux EV modelinin əsas rəqibi bu yaxınlarda Banqkokda debüt etmiş Isuzu D-Max EV olacaq. Bu pikap 176 at qüvvəsi hasil edən ikimühərrikli qurğuya və 66,9 kilovat-saatlıq batareya (yürüş məsafəsi dəqiqləşdirilməyib) malikdir. D-Max EV pikapı 1 ton yükgötürmə qabiliyyətinə malikdir və 3,5 tonluq qoşqunu yedəyə ala bilər. Oxşar xüsusiyyətlər Toyota Hilux EV modelindən də gözlənilir.
Hilux BEV Revo adlı prototip ilk dəfə 2022-ci ildə Taylandda, sonra isə Avstraliyada nümayiş etdirilib. 2023-cü ilin sonunda Toyota seriya elektrik pikapının buraxılmasının nə qədər səmərəli olacağı barədə düşünürdü, çünki yapon istehsalçısı elektromobillərin zərərli tullantıları azaltmağın yeganə yolu olmadığına inanır. Lakin nəticədə layihəyə yaşıl işıq yandırılıb.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.