Toyota şirkəti 14 illik fasilədən sonra 300 indeksini almış yeni nəsil Land Cruiser modelini təqdim edib. Bu həqiqətən də yeni avtomobildir – şassidən tutmuş kuzova, güc qurğularına, interyerə və düymələrə qədər hər şey yenidir. Artıq ofrouder iki versiyada “şəhər” və “offroad” versiyasnda təklif ediləcəkdir. Bundan başqa, Land Cruiser daha çox elektronikaya və müasir təhlükəsizlik sistemlərinə sahib olub.
Yaponlar yeni Land Cruiser modelinin bazardakı mövqeyini dəyişdirmək qərarına gəliblər – istehsalçı avtomobili ofrouder deyil, bütün yollar üçün avtomobil adlandırır. Beləliklə, yeni LC şəhər şəraitində istismar üçün daha uyğun olub, lakin narahat olmağına dəyməz – avtomobil ofroud qabilyyətlərini itirməyib.
Toyota Land Cruiser 300 əvvəlki kimi ramalı ofrouderdir. Yeni model TNGA modul arxitekturasının GA-F platformasına əsaslanır. Yeni platform avtomobilin ağırlıq mərkəzini aşağı salmağa və çəkinin oxlar arasında paylanmasını (ön öxün xeyrinə 53:47 nisbətində) yaxşılaşdırmağa imkan verib.
Yapon istehsalçısı avtomobiln dəqiq çəkisini açıqlamayıb, lakin yeni LC modelinin əvvəlkindən 200 kiloqram yüngül olduğu məlumdur. Bununla belə, yeni model qabaritləri sələfi ilə eynidir. Xatırladaq ki, 200 indeksli modelin uzunluğu 4950 milimetr, təkər bazasının uzunluğu 2850 millimetrdir. Onun çəkisi 2850 kiloqram təşkil edir.
Kuzovun və ramanın ümumi sərtliyi 20% artıb. Ramanın uzununa daşıyıcı elementləri və köndələn tirləri yüksək möhkəmlikli poladdan hazırlanmış bütöv metal elementlərdən yığılıb və lazer qaynağı ilə birləşdiriliblər. Dayaqlar və kandarlar da poladdandırlar, lakin ön qanadlar, kapot, dam və bütün qapılar alüminiumdan hazırlanır.
Yeri gəlmişkən, beşinci qapı artıq iki hissəli deyil və bütöv şəkildədir. Məlum məsələdir ki, bu qapı elektrik ötürməsi və toxunuşsuz açılma sistemi ilə təchiz edilir.
Ofrouderin asqı sistemi də dəyişikliyə məruz qalıb: amortizatorların gedişi artırılıb, arxa asqıların yerləşməsi dəyişdirilib və yeni nəsil E-KDSS sistemi peyda olub. Sonuncu elektronika tərəfindən bir-birindən asılı olmadan tənzimlənən aktiv köndələn dayanıqlılıq stabilizatorlarından ibarətdir. Bu sistem asfaltda kuzovun yana əyilmələrini azaldır, yolsuzluqda isə təkərlərin gedişini artırır.
Sükan idarəetməsi üçün əvvəlki kimi hidrogücləndirici istifadə olunur, lakin sükan qoluna elektrik mühərriki əlavə edilb. Bu elektromotor şəhərdə manevretməni asanlaşdıracaq və elektron köməkçilər tərəfindən istifadə ediləcəkdir.
Yeni Land Cruiser modelinin klirensi 230 millimetrdir, giriş-çıxış bucaqları isə müvafiq olaraq 32 və 26,5 dərəcə təşkil edir. Modelin təchizatına üç məcburi sərt kilidlənməsi olan tam ötürmə sistemi, adaptiv asqı, modernləşdirilmiş Multi-Terrain Select (iki yeni Auto və “Dərin qar” rejimləri əlavə olunub) və Crawl Control (yolsuzluq üçün “sürünən”kruiz-kontrol) sistemləri, habelə avtomobilin ətrafı və altındakı məkana 3D rejimində baxmaq imkan verən funksiya daxildir.
Bununla belə, Toyota Land Cruiser 300 modeli üç modifikasiyada təklif ediləcəkdir: 20-düymlük diskləri və daha dəbli bamperləri olan “şəhər”, 18-düymlük diskləri, AT şinləri və “müdafiəli” kuzov dəsti olan “offroad” və nəhayət “idman” GR Sport. Sonuncunun bazar debüt digərlərindən güc baş tutmalıdır. Əyləclərə gəldikdə isə, onlar daha güclü olmayıblar, lakin forması yüngülcə dəyişmiş supportlara sahib olublar.
Satışların başlanğıcında LC 300 modeli 415 at qüvvəsi və 650 Nm fırlanma anı hasil edən yeni 3,5-litrlik V6 mühərriki ilə təklif ediləcəkdir. Sonradan ofrouderin mühərrik çeşidinə 309 at qüvvəli benzin mühərriki, habelə 249 at qüvvəsi (650 Nm) və 299 at qüvvəli (700Nm) iki altısislindrli dizel aqreqatı daxil ediləcəkdir. Bütün mühərriklər alternativsiz olaraq 10-pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışacaqdırlar.
300 modelinin interyeri tamamilə yenidir – burada 10,5-düymlük proyeksiya ekranı, aktiv səsboğma sistemi və yaxşılaşdırılmış səs izolyasiyası vardır. Modelin təchizatına dairəvi müşahidə kameraları (arxa kamera yuyucu ilə), ön və ikinci cərgənin oturacaqlarının qızdırılması və havalandırılması, smartfonun naqilsiz doldurulması, zolaqda saxlama funksiyası olan adaptive kruiz-kontrol, dördzonalı klimat-kontrol və 14 dinamikli JBL səs sistemi daxildir.
Land Cruiser modeli üçün rəqəmsal cihazlar paneli nəzərdə tutulmayıb. Ofrouder mərkəzində 7-düymlük displeyi olan klassik cihazlar paneli ilə təki olunur. Salondakı əsas yenilik mühərriki barmaq izi ilə işə salmağa imkan verən sistemdir. Sistemə dörd sürücünün barmaq izlərini daxil etmək olar: elektronika onların hər biri üçün oturacaqların və sükanın vəziyyətini, klimat-kontrolun, güzgülərin, proyeksiya ekranının və multimedia sisteminin tənzimləmələrini yadda saxlayır.
Standart olaraq LC 300 modeli 8-düymlük ekranı olan multimedia sistemini alacaqdır. Daha bahalı versiyalarda ekran 12,3-düymlük olacaqdır. Sistem daha güclü proqram təminatına malik olub, habelə Android Auto və Apple CarPlay tətbiqlərini dəstəkləyir. Ofrouderin standart təchizatına LED fənərlər daxildir, lakin bahalı versiyalar üçün adaptiv fənərlər də nəzərdə tutulub.
Satışların ilk ilində Land Cruiser yalnız beş nəfərlik salonla təklif ediləcəkdir. Sonradan ofrouder üçüncü cərgənin oturacaqlarını da alacaqdır. Bu oturacaqların qatlanması halında düz döşəmə alınacaqdır. Yeni ofrouderin ehtiyat təkəri əvvəllər olduğu kimi, arxa bamperin altında gizlədilir. Bundan başqa, Land Cruiser modelin 70 illik yubileyinə həsr edilmiş versiyada təklif ediləcəkdir.
Azərbaycan bazarına gəldikdə isə, yeni Land Cruiser modeli 20 iyun tarixindən başlayaraq yeri dilerlərin şou-rumlarında nümayiş olunacaqdırlar. LC 300 modelinin qiyməti ən azı 140 min manatdan başlayacaqdır.