Bu şou avtomobili özündə pikap və kabrioleti birləşdirən və yeni Prado modelinin əsasında yaradılmış ofrouderdir. Qeyri-adi avtomobil yapon şirkətinin Şimali Amerika bölməsi tərəfindən SEMA tüninq sərgisi üçün hazırlanıb. Mütəxəssislərin fikrincə, konseptin işlənmə səviyyəsi yaxın gələcəkdə avtomobili konveyerə çıxarmağa imkan verir. Bununla belə, avtomobilin kütləvi satışa çıxarılması sərgi ziyarətçilərinin reaksiyasından aslıdır. Toyota rəhbərliyi qərarı alıcıların reaksiyası ilə tanış olduqdan sonra verəcək.
Land Cruiser Rox şoukarını hazırlayan mühəndislər şou avtomobili üçün xüsusi olaraq yaradılmış orijinal komponentlərin təxminən yarısını istifadə ediblər. Mütəxəssislər ofrouderin sərt damını sürüşərək açılan yumşaq tavan ilə əvəz ediblər, əlavə oturacaqlar və ehtiyat təkər üçün asılqan olan yük platformasını quraşdırıblar. Bundan başqa, qapılar şüşələrdən məhrum ediliblər, kuzov ilə salon arasında mütəhərrik arakəsmə qoyublar.
Asqının konstruksiyasında tünerlər yeni alüminium qollardan istifadə ediblər ki, bu da təkər izini 200 millimetr genişləndirməyə imkan verib. Eyni zamanda, Toyota Racing Development bölməsi tərəfindən hazırlanmış komponentlər klirensi 100 millimetr artırıb. Ofrouderin salonu əsl dəri ilə üzlənib.
Tərtibatçılar Rox prototipini klassik Land Cruiser modelinin müasir təsfiri adlandırırlar. Komponentlərin yüksək səviyyədə işlənməsi, hətta müxtəlif hissələrin istehsalı üçün lazım olan avadanlığın yaradılması sayəsində Toyota yaxın gələcəkdə şou-karın kütləvi istehsalına başlaya bilər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.