Toyota şirkəti yeni Land Cruiser 300 modelinin Gazoo Racing tərəfindən hazırlanmış GR Sport indeksli top versiyası haqqında məlumat açıqlayıb. Bu başlanğıc səviyyəli idman modifikasiyasıdır: belə ofrouder standart mühərriklər ilə təchiz olunur, lakin eksteryer və interyerin tərtibatı ilə fərqlənir. Bununla belə, texniki təkmilləşdirmələrsiz də ötüşməyib.
“İdman” versiyasını qara radiator barmaqlığı, qara rəngli 18-düymlük təkər diskləri, fənərlərin tündləşdirilmiş haşiyələri və bamperlərdəki əlavə qorunma, habelə boyanmamış plastikdən hazırlanmış kuzov dəsti sayəsində tanımaq olar. Land Cruiser 300 GR Sport modelinin interyeri qırmızı rəngli seçilən əlavələri olan qara rəngdə dəri ilə üzlənib. Bundan başqa, inkişaf etdirilmiş yan dəstəyi olan oturacaqlar quraşdırılmış, onların başlıqlarına GR loqotipi tikilmişdir.
GR Sport versiyası iki mühərrik ilə təklif edilir. Bunlar 415 at qüvvəli 3,5-litrlik altısilindrli benzin mühərriki və 299 at qüvvəli 3.3-litrlik altısilindrrli dizeldir. Hər iki aqreqat da 10-pilləli avtomatik transmissiya ilə birlikdə çalışır.
Eyni zamanda, Land Cruiser 300 GR Sport modelinin sükan idarəetməsi yenidən tənzimlənib, yaylar daha sərtləri ilə əvəzlənib, ofrouder elektron idarə olunan stabilizatorları və təkmilləşdirilmiş asqı qollarını alıb. Ofrouder standar olaraq ön və arxa differensial kilidləri ilə təchiz edilir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.