Toyota şirkətinin amerikan ofisi özünün Facebook sosial şəbəkəsində yenilənmiş Prius modelinin tizerini dərc edib. Hibrid qarlı yollarda hərəkət edən zaman çəkilibdir. Modelin hansı dəyişikliklərə məruz qaldığı barədə məlumat verilməyib. Lakin, yenilənmiş Toyota Prius modelinin Los-Anjeles avtosalonunda debüt edəcəyi təsdiq edilmişdir.
İlkin məlumata görə, yenilənmiş Prius hetçbeki Prius Prime PHEV modelinin üslubunda zahiri görkəmə malik olacaqdır. Avtomobilin ön fənərləri, bamperləri və arxa fənərləri dəyişməlidir. Böyük ehtimalla, hibridin avadanlıq siyahısı da genişlənəcəkdir.
Hibridin güc qurğusu çox güman ki, dəyişilməz qalacaqdır. Tərkibinə 1,8-litrlik atmosfer mühərriki, sinxron elektromotor və 6,5 amper-saatlıq batareyalar bloku daxil olan hibrid qurğu 122 at qüvvəsi və 163 Nm fırlanma anı hasil edir. Yerindən 100 km/saat həddinə Prius 10,6 saniyəyə sürətlənir. Onun maksimal sürəti 180 km/saatdır.