Toyota şirkətinin idman bölümü olan Gazoo Racing Mark X sedanının «qaynar» GRMN modifikasiyasını hazırlayıb. Arxadançəkişli 4,8-metrlik sedan V6 mühərriki, mexaniki transmissiya və karbon dama sahib olub.
Sportsedan 318 at qüvvəsi və 380 Nm fırlanma anı hasil edən 3,5-litrlik V6 mühərriki və 6-pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilib. Əlavə ödənişlə avtomobili karbondan dam ilə sifariş etmək olar ki, bu da 10 kiloqram çəkiyə qənaət etmək imkanı verir.
Bununla yanaşı, «qaynar» sedan yenidən tənzimlənmiş sükan mexanizminə, daha sərt amortizatorlara, daha güclü əlyəc mexanizmlərinə və idman səsboğucu sisteminə sahib olub. Sedanın kuzovu 252 əlavə qaynaq nöqtəsi hesabına gücləndirilib. Sportsedan 19-düymlük BBS diskləri, həmçinin öndə 235/40, arxada isə 255/35 ölçülü şinləri ilə təchiz edilib.
Toyota Mark X GRMN modeli 350 nüsxəlik məhdud saylı tirajla buraxılacaqdır. «Qaynar» sedanın qiyməti 5.130.000 (80400 AZN) yendir. Yaponiya bazarında Mark X GRMN modelinin satışlarına mart ayında start veriləcəkdir.