Toyota şirkəti Mirai hidrogen sedanını və Lexus LS hibridini Advanced Drive yardımçısı ilə təchiz etməyə başlayıb. Bu sistem SAE təsnifatına əsasən ikinci avtonomluq səviyyəsinə uyğundur. Toyota/Lexus Teammate təhlükəsizlik sistemləri kompleksinin tərkibinə daxil olan köməkçi sürücü ilə ikitərəfli əlaqə təmin edir.
Advanced Drive köməkçisi dərin maşın təhsili və süni intellektdən istifadə edərək, Teammate kompleksinin bazasında işləyir. Köməkçi naviqasiya sistemində marşrut seçildikdən sonra aktivləşir və avtomagistrallarda hərəkət edərkən sürücüyə yardım edir.
Advanced Drive ilə təchiz olunmuş Toyota Mirai və Lexus LS sedanları sərbəst olaraq seçilmiş zolaqda hərəkət edə, avtomobillər arasındakı təhlükəsiz məsafəni qoruya, o cümlədən yol daraldıqda onların keçməsinə imkan yarada, ötmələr həyata keçirə və zolaqları dəyişə bilər. Bununla belə, sürücünün diqqəti hər zaman yolda olmalıdır.
Köməkçi öz fəaliyyətində millimetrlik dalğa radarına, ultrasəs sensorlarına, stereoskopik kameraya, optik və lazer məsafə ölçənlərinə, habelə yüksək dəqiqlikli xəritələrə əsaslanır. Toqquşma təhlükəsi yarandıqda Advanced Drive əvvəlcə sürücüyə müvafiq qərarı verməsi üçün xəbərdarlıq edir, lakin bu xəbərdarlığa reaksiya verilməsə, təcili əyləcləməni həyata keçirir.
Bundan əlavə, Advanced Drive sürücünün vəziyyətini də təhlil edir. Sürücü özünü pis hiss edərsə, sistem müstəqil şəkildə avtomobil zolaqda və ya yol kənarında dayandıracaq, qəza işıqlarını yandıraraq qapıların kilidini açacaq və təcili yardım xidmətini çağıracaqdır.
Advanced Drive tərəfindən toplanan məlumatları Toyota tərəfindən yığılaraq saxlanılacaq, sistemi daha “ağıllı” və daha səmərəli etmək üçün təhlil ediləcəkdir. Əlbəttə ki, quraşdırılmış proqram təminatının yenilənməsi “hava üzərindən” həyata keçiriləcəkdir.
Hələlik, Advanced Drive sistemi yalnız Yaponiya bazarında satılan Lexus LS 500h sedanında və ikinci nəsil Toyota Mirai modelində quraşdırılır. Avtomobillərin qiyməti, müvafiq olaraq, 16.320.000 (253.160 manat) və 8.450.000 (131.100 manat) yendən başlayır.