2020-ci ilin əvvəlində nəsil dəyişdirən Toyota Mirai hidrogen sedanı yeniləmədən keçib və daha müasir olub. Belə ki, restaylinq keşmiş hidrogenmobil multimedia sisteminin HD displeyini əldə edib. İndi bu displeydə məlumatlar tam ekran rejimində göstərilir. Bundan əlavə, naviqasiya sisteminin səsli xəbərdarlıq funksiyası təkmilləşdirilib, avtopilotun funksionallığı isə genişləndirilib.
2014-cü ildə satışa çıxmış Toyota Mirai modeli dünya üzrə 15 min yaxın nüsxədə satılıb. Özü də, hidrogenmobillərin əksəriyyəti ABŞ-da istismar edilirlər. İki il əvvəl modelin ikinci nəsli debüt edib: hidrigenmobil TNGA GA-L platformasına keçib və texniki cəhətdən təkmilləşdirilib.
Yenilənmə sayəsində Toyota Mirai daha müasir olub və nöqtəvari təkmilləşdirmələrə məruz qalıb. Məsələn, interyeri infraqırmızı şüalanmadan qoruyan tündləşdirilmiş şüşələr peyda olub. Digər yenilik isə, yarımavtopilotun funksionallığının genişləndirilməsidir: artıq sistem axınla eyni istiqamətdə hərəkət edən avtomobillərin kor zonalarını da nəzərə alır.
Güc qurğusu əvvəlki kimi qalır: Mirai modelini yanacaq elementləri ilə çalışan mühərrik hərəkətə gətirir - hidrogen elektrokimyəvi reaksiya vasitəsi ilə dartma mühərriklərini qidalandıran elektrikə çevrilir. Elektrik mühərrikinin gücü 184 at qüvvəsidir, hidrogen isə üç balonda saxlanılır. Hidrogen avtomobilinin yürüş ehtiyatı 750-850 kilometrdir. Xatırladaq ki, birinci nəsil Mirai cəmi 650 kilometr məsafə qət edirdi.
Hidrogenlə işləyən avtomobilin elektromobil ilə müqayisədə ən azı bir əhəmiyyətli üstünlüyü var - bu, yanacağın yeyin doldurulmasıdır. Yanacaq doldurma prosesi cəmi bir neçə dəqiqə çəkir, halbuki ən qabaqcıl elektromobilin batareyasını 80 faizə qədər doldurumaq üçün minimum yarım saat gərəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.