Toyota Motorsport komandası yeni mövsümdə World Endurance Championship (WEC) çempionatının ən yüksək kateqoriyası olan LMP1 sinifində və sutkalıq «Le-Manın 24 saatı» marafonunda yarışacağı Toyota TS050 Hybrid sportprototipni nümayış etdirmişdir. Yeni avtomobil yapon şirkətinin keçən il istifadə etdiyi Toyota TS040 Hybrid sportprototipini əvəz edəcəkdir. Yapon komandası Toyota TS050 Hybrid sportprototipinin yeni iki turboüfürməli V6 güc aqreqatı ilə təchiz edildiyini bildirmişdir.

500 at qüvvəli 2,4-litrlik mühərrik atmosfer tipli V8 mühərrikini əvəz etmişdir. Bundan əlavə, avtomobil ön və arxa oxda yerləşdirilmiş elektrik mühərrikləri ilə təchiz edilmişdir. Yaponiyalı mütəxəssislər avtomobilin aerodinamikası üzərində dəyişikliklər etmiş və əyləc mexanizmlərinin soyudulmasını təmin edəcək yeni təkər diskləri quraşdırmışdırlar. Toyota Gazoo Racing komandası avtomobilin texniki xüsusiyyətlərini gizli saxlamağa üstünlük versə də, yeni hibrid güc aqreqatının 1000 at qüvvəsinə malik olacağı məlumdur. Yeni batareyaların tətbiqi güc aqreqatının 6 meqacoul yarımsinifindən 8 meqacoul yarımsinifinə keçməsini təmin etmişdir.

«Biz əvvəlki kimi KERS sistemindən imtina etmək fikrində deyilik. Bu sahədə hər şey dəyişilməz qalır, lakin digər sahələrdə ciddi dəyişikliklər vardır. Biz kondensatorlardan batareyalara keçid etmişik. Bu isə ciddi yenilikdir», - deyən Toyota Motorsport rəhbəri Paskal Vasselon yeniliklər haqqlnda məlumat vermişdir.

Yeni mövsümdə Toyota Gazoo Racing komandası yarışlara iki heyətlə qatilacaqdır. Kuzovunda «5» nömrəsi həkk olmuş avtomobili keçmiş Formula 1 pilotları Sebastyen Buemi, Əntoni Dəvidson and Kazuki Nakajimadan ibarət heyət idarə edəcəkdir. «6» nömrəli avtomobillə isə, Mayk Konvey, Stefan Sarrazin və Kamuyi Kobayaşidən ibarət olan heyət yarışacaqdır.

Bir müddət bundan əvvəl, Toyota komandasının LMP1 kateqoriyasındakı rəqibləri olan Audi və Porsche komandaları da öz yenilənmiş sportprototiplərini nümayiş etdirmişdilər. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt