Toyota şirkəti yeni nəsil Camry ailəsini Linux bazasında yaradılmış multimedia kompleksi ilə təchiz edəcəkdir. Xatırladaq ki, bir müddət bundan əvvəl yapon istehsalçısı Camry modelinin ABŞ bazarında satılacaq versiyasını təqdim etmişdir.
Yeni multimedia kompleksində yaponlar açıq şifrələməli proqram təminatl olan Automotive Grade Linux (AGL) platformasından istifadə edir.
Bu paltforma 2014-cü ildə təqdim edilmişdir. Qeyd etmək lazımdır ki, bu sistem tam hazır sistem deyil və avtomobilin bortsistemləri ilə qarşılıqlı çalışan proqramların yaradılıcağı «karkas» rolunu oynayır. Şirkət bu karkasa istənilən qrafiki qılafı «asaraq», istifadiçələrə əlavə funksiyaları və kənar istehsalçıların proqramlarını əlavə etmək imkanı verəcəkdir.
AGL yeni modellərin hazırlanması vaxtını və xərclərini azaldaraq onların bazara çıxarılmasını tezləndirəcəkdir. Linux bazasında yaradılmış yeni multimedia sistemi bu ilin yayından Toyota və Lexus avtomobillərində quraşdırılacaqdır.
AGL proqramının inkişafında Toyota’dan başqa Mazda, Subaru, Suzuki, Honda, Mercedes-Benz, Ford və Mitsubishi iştirak edirlər. Müqayisə üçün bir müddət bundan əvvəl Audi və Volvo şirkətləri öz multimedia sistemlərini OC Android bazasında yaradacaqlarını elan etmişdirlər.