Toyota şirkəti bü gün Nyu-York avtomobil sərgisində nümayiş etdirəcəyi naməlum avtomobilin tizerini dərc etmişdir. Yapon istehsalçısının bildirdiyinə görə, yeni avtomobil hibrid güc aqreqatı ilə təchiz ediləcəkdir. Toyota şirkətinin mətbuat xidməti çox lakonik bir şəkildə press-reliz də yaymışdır. Press-relizdə «Toyota, Cərşənbə günü, 23 mart tarixində, Şimaliamerikan şərq vaxtı ilə (EDT) səhər saat 9:10 radələrində, Prius ailəsinin yeni mexaniki möcüzəsini təqdim edəcəkdir» sözləri yazılmışdır.

Tizerdən də göründüyü kimi, yeni avtomobil Prius modellərinə xas olmayan geniş formalı işıq diodlarından hazırlanmış üfüqi istiqamətli arxa fənərlərə malik olacaqdır. Hazırki Toyota Prius modellərində isə, bildiyimiz kimi, arxa fənərlər şaquli istiqamətdə yerləşdirilmişdir. Bəs onda bu avtomobil Prius ailəsindən olan hansı modelin yeni variantıdır?

Ehtimallar çoxdur. Bu avtomobil məişət elektrik şəbəkəsindən qidalanan yeni Prius Plug-in Hybrid modeli, yaxud Prius V Wagon modelinin və ya Prius C hetçbekinin əvəzləyicisi də ola bilər.