Toyota markasının Şimali Amerika bazarı üçün TRD Pro tərtibat səviyyəsinə malik olan 4Runner, Sequoia, Tacoma və Tundra modellərinin qarşıdakı yeniləməsi ilə əlaqədar məlumatları dərc edib. 2021-ci model ilinin avtomobilləri yeni Lunar Rock ("ay daşı") rənglərinə boyanacaqdırlar. Digər yeniliklər də vəd edilib.
Əvvəllər yolsuzluq avtomobilləri üçün Army Green rəngi mövcud idi, ancaq 2021-ci model ilindən başlayaraq bu rəng yerini Lunar Rock çalarına verəcəkdir - bütün TRD Pro avtomobillərini bu rəngə boyayacaqdırlar. Bundan başqa, təchizat səviyyəsindən asılı olmayaraq, bütün TRD Pro ailəsi üçün LED duman işıqları ilə təchiz ediləcəkdirlər.
2021-ci ilin Toyota 4Runner TRD Pro modeli yenidən tənzimlənmiş Fox amortizatorlarına, standart model üçün isə, Nitto Terra Grappler şinləri olan qara təkər diskləri vəd edilib. Eyni zamanda, LED fənərlər standart avadanlıqlar siyahısına daxil ediləcəkdir.
Dünən, Toyota şirkətinin Avstraliya bazarında satılan Land Cruiser Prado modelinin GX və GXL versiyalarını mexaniki transmissyadan məhrum etdiyi məlum olub. Eyni zamanda, yolsuzluq avtomobilinin təchiz edildiyi 2,8-litrlik dizel mühərrikinin gücü 177 at qüvvəsindən 204 at qüvvəsinə, fırlanma anı isə, 450 Nm-dən 500 Nm-ə qədər artırılacaqdır. Bundan başqa, ofrouder daha müasir multimedia sistemini və yeni elektron köməkçi dəstini alacaqdır.