Toyota şirkəti yığcam Pruis C hetçbekini yeniləmişdir. Restaylinq keçmiş model kosmetik dəyişikliklərə məruz qalmışdır. Avtomobil daha aqressiv görkəmli aerodinamik kuzov parçalarını və genişləndirilmiş təhlükəsizlik sistemləri kompleksini əldə etmişdir.
Yenilənmədən sonra Toyota Prius C modelinin ön bamperində splitterə bənzəyən element peyda olmuşdur. Arxa bamper də yüngül şəkildə dəyişikliyə məruz qalmışdır. Bundan əlavə, avtomobilin eksteryerində qara parlaq elementlərdən geniş istifadə edilmişdir. Bununla bərabər, yüngül lehimli təkər diskləri artıq avtomobilin baza təchizatına daxil edilmişdir.
Toyota Prius C modelinin standart təchizatına Toyota Safety Sense-C təhlükəsizlik dəsti daxil edilmişdir. Bu dəstin tərkibinə öndən toqquşmaları önləyən sisteç, zolaqlara nəzarət və uzaq işığın avtomatik idarəedilməsi daxildir. Bundan başqa, hetçbek doqquz təhlükəsiz yastığı, klimat-kontrol və sensorlu ekranı olan multimedia sistemi ilə də təchiz ediləcəkdir.
Prius modelinin güc aqreqatı dəyişilməz qalmışdır. Onun tərkibinə 1,5-litrlik benzin mühərriki, elektrik mühərriki, variator və batareyalar dəsti daxildir. Hibrid güc aqreqatının ümumi gücü 99 at qüvvəsi təşkil edir. Hibrid 100 kilometrə ortalama beş litr yanacaq sərf edir. Toyota Prius C modeli 2011-ci ildən dəyişilməz olaraq istehsal edilir. Adi Prius modelindən kiçik və ucuz olan avtomobil Yaponiyada və bir sıra Asiya bazarlarında, həmçinin ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyada satılır.