Yaponiyanın BestCarWeb nəşrinin bildirdiyinə görə, cari nəsil Toyota Prius modeli altı illiik istehsal dövründən sonra nəslini dəyişdiməyə hazırlaşır. Nəşr, beşinci nəsil Prius modelinin 2022-ci ilin sonuna qədər Yaponiya bazarında satışa çıxacaq və benzin-elektrik güc qurğusunu qoruyub-saxlayacaqdır. Bununla yanaşı, insayderlərin bildirdiyinə görə, Toyota qeyri-adi bir şey də hazırlayır: zaman keçdikcə, Prius modelinin çeşidinə hidrogenlə işləyən daxili yanma mühərriki olan versiya əlavə olunacaqdır.
Bu, Toyota üçün hidrogen mühərrikli ilk avtomobil olmayacaqdır. Aprel ayında yaponlar eksperimental mühərrik ilə təchiz edilmiş Corolla Sport modelini təqdim ediblər: o zaman mühəndislər GR Yariş modelindən götürülmüş, yeni püskürtmə sistemi və yanacaq xətti ilə təchiz edilmiş 1,6-litrlik turbomühərriki hetçbekə “köçürüblər”. Benzin əvəzinə yüksək sürətlə alovlanan sıxılmış hidrogendən istifadə olunur.
Mühərrikin hidrogenə keçməsinə baxmayaraq, o, daxili yanma mühərrikinin səs və xarakterik titrəmələri qoruyaraq saxlayıb, zərərli emissiyalar isə əhəmiyyətli dərəcədə azaldılıb. Ancaq hələ də emissiya sıfır səviyyəsində deyil: yanacaq hüceyrəli “təmiz” avtomobillərin (Toyota Mirai sedanı kimi) atdığı sudan fərqli olaraq, belə bir qurğusu olan avtomobillər az miqdarda olsa da, karbon qazı və azot oksidi yayır.
BestCarWeb nəşrinin məlumatına görə, Corolla modelində istifadə olunan mühərrik qoşulan hibrid güc qurğusunun tərkib hissəsi olaraq gələcək Prius modelində quraşdırılacaqdır. Bununla birlikdə, şirkət Prius modelini qeyri-adi mühərriklə dərhal təchiz etməyi planlaşdırmır - belə bir versiya modifikasiya çeşidinə yalnız 2025-ci ilə qədər daxil ola bilər. Toyota şirkəti beşinci nəsil Prius modelinin debüt tarixini və model haqqında detalları açıqlamayıb.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.