Toyota Gazoo Racing komandası "qaynar" GR Corolla hetçbekini modernləşdirdiyi barədə məlumat verib. Söhbət, bu ilin payızında yerli bazara çıxacaq yapon spesifikasiyasında olan hetçbekdən gedir.

Yaponlar Super Taikyu seriyasından olan 24 saatlıq yarışlarda əldə etdikləri təcrübədən yararlanıblar və  diqqəti iki istiqamətə yönəldiblər: həssaslığı artırmaq və aerodinamikanı optimallaşdırmaq. Bundan əlavə, GR Corolla RZ yeni kuzov çalarını – mavi metallik rəngini və interyerin Black x Blue rəng sxemini alıb.

Toyota GR Corolla Circuit Edition versiyasında olduğu kimi, “qaynar” hetçbekin asqı və sükan elementlərinin bərkitmə boltları dəyişdirilib. İndi onlar flansda əlavə qabırğalara və ya daha böyük başlığa malikdirlər ki, bu da şassinin sərtliyini artırır və sürücünün hərəkətlərinə cavabı daha rəvan edir.

Ön bamperin kənarlarındakı yeni “hava çəpərcikləri” avtomobili daha sabit etməlidirlər. Onlar tağlardakı turbulentliyi aradan qaldırır və təkərlər ətrafındakı hava axını yaxşılaşdırır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mühərrik əvvəlkidir - 304 at qüvvəsi və 370 Nm fırlanma anı hasil edən 1,6-litrlik üçsilindrli G16E-GTS turbomühərriki. Aqreqat altı pilləli iMT “mexanikası” və GR -Four tam ötürməsi ilə birlikdə çalışır. GR Corolla modelinin transmissiyası GR Yaris hetçbekindəki kimidir: arxa təkərlətin ötürməsindəki çoxdiskli mufta, üç iş rejimi və kilidləri olan opsional Torsen differensialı ilə.

Ümumilikdə 550 ədəd belə “qaynar” hetçbek istehsal olunacaq və onları almaq hüququ lotereyada oynanılacaqdır. Hot-hetçin qiyməti 5.250.000 yen (61,5 min manat) təşkil edir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.