Toyota şirkəti WRC çempionatında iştirak edən komandasının təqdimat mərasimi çərçivəsində Yaris modelinin “qaynar” variantının dizayn-sketçini də nümayiş etdirmişdir. “Qaynar” Toyota Yaris modelində ralli avtomobili üçün işlənib-hazırlanmış bir sıra texnologiyalar tətbiq ediləcəyi ehtimal edilir.
Toyota Yaris modelinin təkmilləşdirilmiş “turbodördlüyü” 200 at qüvvəsinə və 270 Nm fırlanma anına malik olacaqdır. Ən yeyin Toyota Yaris modeli 100 km/saat həddini 6,5 saniyəyə toplayacaqdır. Təsvirdən də göründüyü kimi, “qaynar” hetçbek aerodinamik kuzov dəstini, hündürlüyü azaldılmış asma sistemini, iri təkər disklərini və gücləndirilmiş əyləc mexanizmlərini əldə edəcəkdir. Çox güman ki, “qaynar” Toyota Yaris modeli 2017-ci ildə debüt edəcək. Onun birbaşa rəqibləri Ford Fiesta ST və növbəti nəsil Volkswagen Polo GTI modeli olacaqdırlar.
Bir müddət bundan əvvəl Toyota şirkəti “qaynar” modellərin yaradılması üzrə ixtisaslaşan yeni bölümün yaradılacağını anons etmişdir. Yeni bölüm Toyota şirkətinin yarış komandası olan Gazoo Racing’in bazasında formalaşdırılacağı bildirilmişdir.