Toyota pedalları olmayan, lakin qeyri-adi sükana malik Land Cruiser ofrouderini hazırlayıb. Oktyabrın 26-da işinə başlayacaq Japan Mobility Show sərgisində Toyota əlillər üçün hazırladığı yeni Land Cruiser 250 ofrouderinin xüsusi versiyasını təqdim edəcək.

Bu avomobilində pedallar yoxdur, sükan isə qeyri-adi formaya və genişləndirilmiş funksionallığa malikdir: o, aşağı ətraflarının funksiyası pozulmuş sürücülərə avtomobili idarə etməyə imkan verir.

Image alt Image alt Image alt

NEO Steer adlanan yenilik motosiklet sükanından ilham alınaraq yaradılıb: qaz və əyləcin idarə edilməsi sükan çarxında yerləşdirilib - bunun üçün sağ tərəfdə müvafiq açarlar var.

Digər cəhətdən, avtomobilin salonu adi Land Cruiser 250 modelinin salonu ilə eynidir: mərkəzi tuneldə transmissiyanın selektoru, rəqəmsal cihazlar paneli və multimedia sistemi üçün düzbucaqlı ekranı yerindədir. Toyota Land Cruiser 250 ofrouderinin xüsusi versiyası haqqında daha ətraflı məlumat cari ay ərzində veriləcək.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.