Bu gün Toyota şirkəti Yaponiya bazarında satılacaq Raize krossoverini təqdim edib. Toyota C-HR modelindən bir pillə aşağıda qərarlaşan krossover 1,6 milyon yenə (25070 manat) satılacaqdır. Yeni model DNGA modul platformasında inşa edilib və yeganə benzin mühərriki ilə təchiz edilir.
Toyota Raize modelinin kapotunun aldında 98 at qüvvəsi və 140 Nm fırlanma anı hasil edən 1,0-litrlik üçsilindrli turbomühərrik yerləşır. Güc aqreqatı variator ilə tandemdə çalışır. Krossover yalnız ön ötürmə ilə təklif edilir. Sonradan Raize modelinin 1,2-litrlik atmosfer mühərriki, mexaniki ötürmələr qutusu və tam ötürmə ilə təchiz edilmiş modifikasiyası da debüt edilməlidir.
Toyota Raize modelinin baza versiyası multimedia sisteminə malik olmayacaqdır, bahalı versiyalar isə rəqəmsal cihazlar paneli və klimat-kontrol sistemi ilə təchiz ediləcəkdirlər. Modelin təchizatına piyadaları aşkarlama funksiyasına malik olan avtomatik əyləcləmə sistemi, hərəkət cərgəsinə və kor zonalara nəzarət funksiyası kimi elektron yardımçılar daxil edilib. Toyota Raize modelinin top versiyasının təchizatına adaptiv kruiz-kontrol da daxildir.
Toyota Raize əkiz qardaşı olan Daihatsu Rocky ilə eyni zavodda istehsal ediləcək və hələlik yalnız daxili bazarda satılacaqdır. Sonradan bu iki modelin satış coğrafiyası genişlənməlidir: Daihatsu Rocky Cənubi-Şərqi Asiyada, Toyota Raize isə Cənubi Amerikada satılacaqdır.