Toyota şirkəti Yaponiya bazarı üçün nəzərdə tutulmuş RAV4 krossoveri barədə yeni məlumatlar dərc edib. Krossover toqquşmalar barədə xəbərdarlıq edən D-Call Net xidmətinə girişi əldə edib. Bu xidmət Honda, Toyota və yapon tibb helikopterləri və xəstəxanaları xidmətinin (HEM-Net) birgə məhsuludur.
Yaponiyada Toyota RAV4 altı modifikasiyada, öndən və ya tam çəkiş sistemi ilə təklif ediləcəkdir. Krossoveri 171 at qüvvəsi və 207 Nm fırlanma anı hasil edən 2,0-litrlik mühərrik, həmçinin 2,5-litrlik atmosfer mühərrikinin əsasında yaradılmış hibrid güc qurğusu ilə təklif edəcəkdirlər. Öndənçəkişli hibrid 218 at qüvvəsinə, E-Four transmissiyası olan tamçəkişli versiya isə 222 at qüvvəsinə malikdir. Bütün aqreqatlar Direct Shift-CVT variatoru ilə tandemdə çalışırlar.
Krossoverin standart təchizatına tərkibinə piyada və velosipedçiləri aşkarlayaraq öndən toqquşmaları xəbərdar edən sistem, zolaqda saxlama funksiyası, nişanların tanınması və öndə gedən avtomobilin hərək etməsi barədə xəbərdarlıq edən sistem, həmçinin aktiv kruiz-kontrol daxil olan Toyota Safety Sense kompleksi daxildir.
Bundan başqa, Yaponiyada satılan Toyota RAV4 modeli Help Net şəbəkəsinə, konsyerj xidmətinə 24 saatlıq girişi olan DCM kommunikasiya moduluna malik olub. Help Net təhlükəsizlik yastıqlarının açılması halında təcili xidmətləri, həmçinin bütün ölkə üzrə xəstəxana və təcili yardım aviabazalarını birləşdirən D-Call Net xidmətini avtomatik olaraq çağırır. Ciddi qəza baş verərsə, elektronika helikopteri də çağıra bilər.