Toyota RAV4 krossoveri dünyanın ən populyar avtomobillərindən biridir: bu günə qədər beş nəsildən ibarət olan 15 milyondan çox avtomobil satılıb. İndi isə, altıncı nəsil RAV4 təqdim olunub və premyera eyni vaxtda bütün əsas bazarlarda - ABŞ, Avropa və Yaponiyada baş tutub, çünki RAV4 hər yerdə demək olar ki, eyni versiyalarda satılır. Lakin indi onların çeşidində dəyişiklik var.

Yeni krossover sələfi kimi TNGA-K platformasına əsaslanır. Təkər bazası şassinin arxitekturası kimi, dəyişməz olaraq qalır (2690 millimetr), lakin indi gücləndirilmiş alt çərçivələr və daha güclü asma bərkitmələri mövcuddur - bütün bunlar RAV4 modelini idarəetmədə daha maraqlı etməlidir. 

Toyota RAV4 Woodland

Əsas versiyanın ümumi ölçüləri də eyni qalıb: uzunluq - 4595 millimetr, en - 1854 millimetr, hündürlük - 1702 millimetr. Göründüyü kimi, kuzovun quruluşu da eynidir, lakin arxa dam dayaqları indi o qədər də maili deyillər.

Bununla belə, RAV4 tamamilə yeni eksteryer dizaynına malikdir. Sələfi ilə müqayisədə krossover daha yığcam və brutal görünür. Bütün kuzov panelləri yenidir, pəncərə xətti düz hala gəlib və kapotun xəttini davam etdirir. Avtomobilin ön tərəfinin tərtibatı əsas LED faralarının “qısqacları” ilə yadda qalan yeni korporativ üslubunda hazırlanıb. 17 - 20 düymlük təkər diskləri arasından seçim etmək mümkündür.

Toyota RAV4 GR Sport

Yeni RAV4 standart versiya ilə yanaşı, daha iki versiyada təklif olunur. Ofroud versiyası Adventure (Yaponiyada) və ya Woodland (Amerikada) adlanır, lakin Avropa üçün belə versiyanın elan olunmayıb. Yeni krossoverin xüsusiyyətlərinə iri ön bamper, böyüdülmüş təkər tağları, güclü dam reylinqləri daxildir, Amerika üçün isə, A/T şinləri və 12 millimetr artırılmış klirens nəzərdə tutulub. Belə avtomobillər yalnız tam ötürməli olacaqlar.

Üçüncü variant qlobal olacaq və GR Sport adlanır. Onun əsas xüsusiyyətləri - iri hava girişi olan ön tərəf, böyüdülmüş arxa spoyler, 20 millimetr genişləndirilmiş təkər izi və xüsusi 20-düymlük təkər diskləridir. Gözə görünməyən təkmilləşdirmələr də var: kuzovun arxa hissəsində əlavə gücləndiricilər, yenidən sazlanmış asma və sükan idarəetməsi var. GR Sport versiyası ailədəki ən sürücü yönümlü versiya olacaq.

Toyota RAV4 GR Sport iri hava girişi olan ön tərəfi ilə seçilir

Artıq sırf benzin versiyaları olmayacaq - ən azından onlar barədə məlumat verilməyib. Yeni RAV4 ya adi, ya da plagin hibrid ola bilər. Hər iki variantda 2,5-litrlik atmosfer benzin mühərriki, elektromexaniki variator və daha yığcam elektrik avadanlığı var ki, onun da bütün bölmələri (o cümlədən şarj cihazı) indi kapotun altına yerləşir. Krossover ön və ya tam ötürməli ola bilər - ikinci halda, arxa oxa ayrıca elektrik mühərriki quraşdırılır (E-Four sistemi).

Avropa və Yaponiya üçün nəzərdə tutulmuş ön ötürməli adi hibrid 183 at qüvvəsinə, tam ötürməli isə, 191 at qüvvəsinə malikdir. Amerikan versiyaları daha güclüdürlər: müvafiq olaraq 229 və 239 at qüvvəsi. Arxa elektrik mühərrikinin gücü hələlik dəqiqləşdirilməsə də, heç də bu rəqəmlər arasındakı fərqə bərabər deyil: hətta əvvəlki nəsil hibridlərdə də arxa mühərrik 60 at qüvvəsinə malik idi və indi o daha güclü olub. Sistemin pik hasilatı elektronika tərəfindən məhdudlaşdırılır.

Toyota RAV4 GR Sport

Avropa və Yaponiya üçün plagin hibrid ön ötürməli versiyada 268, tam ötürməli versiyada isə, 304 at qüvvəsinə malikdir. Amerikada yalnız tam ötürməli versiya olacaq və onun pik gücü 324 at qüvvəsinə bərabər olacaq. Bəyan edilən 100 km/saata sürətlənmə əvvəlki tam ötürməli hibriddəki 6,0 saniyə əvəzinə 5,8 saniyə təşkil edir.

Plagin versiyalarda tutumu 40% artırılmış (22,7 kilovata qədər) yeni dartma batareyası var. Pasport üzrə sırf elektrik ötürməsi ilə qət edilən məsafə 95-dən 150 kilometrə qədər yüksəlib, ümumi məsafə isə, 1350 kilometrə çatıb. Dəyişən cərəyanlı şarjın gücü 11 kilovat, daimi cərəyanlının isə, 50 kilovatdır. Belə bir  hibrid həm evi və ya xarici elektrik cihazlarını enerji ilə təmin etmək üçün istifadə oluna bilər. Tamötürməli hibridlər 1,6 tona qədər çəkisi olan qoşqu dartmaq qabiliyyətinə malikdirlər.

Baqaj bir qədər geniş olub: onun həcmi 733-dən 749 litrə qədər artırılıb

Altıncı nəsil Toyota RAV4 modelinin interyeri tamamilə yenidir, ön paneldə ayrıca duran günəşliksiz ekranlar var. Konfiqurasiyadan asılı olaraq cihazlar panelinin displeyi 12,3 düymlük, multimedia sisteminin displeyi isə, 10,5 və ya 12,9 düymlük ola bilər. Ön panel 40 millimetr aşağıda yerləşir. Bəzi düymələr saxlanılıb, lakin iqlimə nəzarətin tam idarəolunması indi menyu vasitəsilə həyata keçirilir, mərkəzi konsolun əvəzinə smartfonlar üçün iki mərtəbə nəzərdə tutulub. Bahalı versiyalarda proyeksiya displeyi var.

Elektrik aqreqatlarının kapotun altına köçürülməsi salon və baqajda yer qazanmağa imkan verib. Arxa oturacaq bir qədər geri çəkilib və onun arxa dayağı artıq baqaj bölməsinin döşəməsi ilə eyni səviyyədə qatlanır. Baqajın özü bir qədər geniş olub: onun həcmi 733-dən 749 litrə qədər artırılıb. Müxtəlif təchizat səviyyələrində krossover lyuk və ya tam ölçülü panoram dama malik ola bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

RAV4 krossoverində Toyota şirkətinin Woven bölməsi tərəfindən hazırlanmış yeni Arene elektron arxitekturası debüt edib. Həm multimedia sistemi (səs köməkçisi daxil olmaqla), həm də Toyota Safety Sense 4.0 preventiv təhlükəsizlik sistemi kimi daha vacib sistemlər onunla bağlıdır. Əlbəttə, Arene havadan yeniləmə xüsusiyyətinə malikdir. Bu arxitektura daha sonra şirkətin digər modellərində də görünəcək.

Yeni Toyota RAV4 bu ilin sonuna qədər ABŞ kimi əsas bazarlarda satışa çıxarılacaq. O, Yaponiya və Avropada 2026-cı ilin birinci rübündə peyda olacaq. Ümumi satış coğrafiyası 180 ölkədən ibarət olacaq.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.