Beş il yarım bundan əvvəl təqdim edilmiş Toyota RAV4 krossoverinin beşinci nəsli əsl hitə çevrilib. JATO Dynamics agentliyinin məlumatına görə, 2022-ci ildə RAV4 modeli qlobal satışlar reytinqində birinci yeri tutub: dünya üzrə 1 milyon 16 min avtomobil satılıb (baxmayaraq ki, bu 2021-ci ildəkindən 10% azdır) və bu rəqəmin demək olar ki, yarısı ABŞ və Kanadanın payına düşür.

Bu günə qədər yapon krossoveri tam ölçülü restaylinqdən də keçməyib və Toyota yalnız tədricən müxtəlif təkmilləşdirmələri aparıb. İndi isə, 2024-cü il model ilinə keçidlə üst-üstə düşən modernləşdirmənin vaxtı gəlib çatıb.

Toyota RAV4 Hybrid XSE

ABŞ bazarındakı təklif edilən baza versiyasının təchizatına 2.5 versiyasında olan Toyota Safety Sense elektron kompleksi daxil edilib. Bu kompleksə adaptiv kruiz-kontrol, zolaqda saxlama sistemi, kor zonalara nəzarət, avtomatik uzaq işıqlar və digər köməkçilər daxildir.

Artıq bütün RAV4 krossoverləri havadan yenilənməni dəstəkləyən daha müasir multimedia sistemi ilə təchiz edilirlər. Konfiqurasiyadan asılı olaraq multimedia sisteminin ekranın diaqonalı 8,0 və ya 10,5 düym ola bilər.

Toyota RAV4 Woodland Edition

Aktiv həyat tərzinə üstünlük verən şəxslərə ünvanlanmış RAV4 Woodland Edition modifikasiyasında da dəyişikliklər baş verib. Bu versiya Amerikadakı modifikasiya çeşidində bir il əvvəl peyda olub və yalnız 222 at qüvvəli hibrid güc qurğusu və tam ötürmə (arxa oxda ayrıca elektrik mühərriki var) sistemi təklif olunur.

Woodland Edition nəşrinin əsas xüsusiyyətləri qoşa borulu amortizatorlarla gücləndirilmiş asqı, bürünc rəngli 18-düymlük təkər diskləri, Falken Wildpeak AT ofroud şinləri və xırda dekordan ibarətdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

2024-cü il model ilindən başlayaraq, Woodland Edition versiyasının arxa bamperində standart bərkitmə qurğusu (məsələn, ona velosiped tutacağını taxmaq olar) quraşdırılacaq. Əlavə ödəniş müqabilində opsional Weather Package dəstini (qızdırılan sükan çarxı, ön oturacaqlar və şüşəsilənlərin yerləşdiyi zona, yağış sensoru) sifariş etmək olar.

Bundan əlavə, kuzovun qara dam ilə birləşdirilən yeni yaşıl rəngi variantı təklif olunur. RAV4 modelinin ABŞ-dakı satış qiyməti bir qədər artırılıb, maksimum artım 650 dollar olub. Hazırda 2,5-litrlik mühərriki (206 at qüvvəsi), səkkiz pilləli avtomatik transmissiyası və ön ötürməsi olan baza variantının qiyməti 29 825, Woodland Edition hibridinin isə 36 045 dollardır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.