Toyota şirkəti Şanxay avtosalonunda Fun adlı konsepti nümayiş etdirmişdir. Bu konsept Asiya bazarı üçün nəzərdə tutulmuş Toyota Camry modelinin prototipidir. Bildiyimiz kimi, Amerika bazarında satılan Camry modeli yanvar ayında Detroytda keçirilmiş avtosalonda nümayiş etdirilmişdir.

Xatırladaq ki, ABŞ və Asiya bazarları üçün nəzərdə tutlan Toyota Camry modelləri hər zaman eksteryer və interyerin tərtibatı cəhətdən güclü şəkildə fərqlənirdilər. Əgər Şanxayda nümayiş etdirilən konseptə nəzər salsaq, Asiya bazarı üçün hazırlanan Camry modelinin amerikalı «qardaşına» bənzədiyini görmək olar.

Lakin, konsepti fərqləndirən cəhətlər də vardır. Bunlar daha dar formalı işıq texnikası, baqaj qapağından arxa bamperə köçürülmüş nömrə yeri və arxa qapıların şüşələrinin formasıdır. İstənilən halda, asiyalı Camry modeli barədə dəqiq məlumat bu ilin payızında açıqlanacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt